Bazar ertəsi, 15 Yanvar 2018 18:40

Evinizdəki lampa qırılsa dərhal otağı tərk edin

Evinizdəki lampa qırılsa dərhal otağı tərk edin

İ

şıqlandırma Vəsaitləri Emalatçıları təşkilatı (AGİD) qənaətli lampaların mövzusuna diqqət çəkdi.

Bu əhatədə vətəndaşlara ömrünü tamamlamış tullantı halındakı hər cür lampanı qırılmayacaq şəkildə mühafizə etmələrini söyləyən səlahiyyətlilər, fluresansa və qənaətli lampaların qırılması barədə xəbərdarlıqlar etdi.

 

İNSAN VƏ ƏTRAF SAĞLAMLIĞI BAXIMINDAN ÇOX ZƏRƏRLİDİR

Səlahiyyətlilər bildirirlər ki, qənaətli lampalar və fluresanslar işləyə bilmələri üçün bir miqdar civə buxarı ehtiva edir. Lampanın qırılması ilə ortaya çıxan civə buxarı istər insan, istərsə də ətrafın sağlamlığı baxımından çox təhlükəlidir.

 

SINMIŞ LAMPADAN ÇIXAN TOZU NƏFƏSLƏ ALMAYIN!

Fluresans və ya qənaətli lampaların qırılması halında zəruri addımlar haqqında da məlumat verən səlahiyyətlilər dedilər: "Qırıqlara əsla basmayın və dərhal otağı tərk edin. Otağı ən az 15-20 dəqiqə havalandırın. Qırıqları və yerlərə saçılan civə hissəciklərini təmizləmək üçün tozsoran istifadə etməyin. Qırıq lampadan çıxan tozu qətiyyən nəfəslə almayın. Plastik əlcək geyinin və yerdəki şüşə qırıqlarını fırça ilə yığın. Yığdığınız qırıq parçaları bir plastik torbanın içinə qoyun".

 

Şərh yaz


Məxfi kod
Yenilə