Şənbə, 13 Yanvar 2018 19:09

İşlərinizi asanlaşdıran praktiki tövsiyələr

İşlərinizi asanlaşdıran praktiki tövsiyələr

 

Ərzaqları soyuducuya qoymaq onları daha ləziz edə bilər. Amma bəzi ərzaqlar var ki, onları əsla soyuducuya qoymaq məsləhət dey

"Mirror" qəzeti İngiltərədə cəmiyyətin sağlamlığını qorumaqla vəzifələndirilən Foods Standards Agency (Qida Standartları Təşkilatı) kartofun qətiyyən soyudulmaması haqqında yazıb. Kartoflar torbaların içində beton döşəmənin üzərinə də qoyulmamalıdır. İdeal olan torbaları havanın keçə bilməsi üçün aralı qoyulmuş, yüksəldilmiş taxta bir döşəmənin üzərinə qoymaqdır.

 

Soyuducuda saxlanılan kartofun içindəki nişasta şəkərə çevrilir. Kartof bişiriləndə və ya qızardılanda isə şəkər, amin turşusu ilə birləşir və zərərli olması hesab olunan "akrilamid" kimyəvi maddəsini hasil etməyə başlayır. Akrilamid kağız, boya və plastik istehsalında istifadə olunur və bəzi xərçəng növləri üçün risk yaradır.

 

Pomidorların tez çürüməsinin qarşısını almaq üçün qoparılan hissələrinin aşağıda qalması lazımdır. Bununla da pomidorun qoparıldığı yerdən nəm və hava daxil olmasının qarşısı alınır. Həmçinin pomidorlar otaq temperaturunda soyuducuda qaldıqda daha uzun müddətdə qala bilir.

 

Zəncəfili soymaq üçün qaşıqdan istifadə edə bilərsiniz.

 

Bananın daha uzun müddət saxlanması üçün qoparıldığı yeri bağlamaq (izolyasiya) kifayətdir.

 

Almaların rəng dəyişdirməsini isə 2 miqdar su və 1 miqdar bal ilə qarşısını ala bilərsiniz.

 

Sarımsağı asan soymaq üçün dişlərini bıçağın yan tərəfi ilə əzmək kifayətdir. Qabıqları asanca ayrılacaq.

 

Çox yumşalmış kərəyağını bir kasa içərisində buza batırsanız tez bir vaxtda donacaq.

 

Yarı yumşaq pendirlərin ortalığı çirkləndirmədən kəsmək üçün 30 dəqiqə əvvəldən soyuducuya qoymağınız kifayətdir.

 

Limon kimi turş meyvələri daha sulu vəziyyətə gətirmək üçün mikrodalğalı sobada 15-20 saniyə isitməyiniz kifayətdir.

 

 

Şərh yaz


Məxfi kod
Yenilə