Çərşənbə, 10 Yanvar 2018 18:56

Yaşıl rəngə baxmaq beyini işlədir

Yaşıl rəngə baxmaq beyini işlədir

 

Yaşıl rəngə, xüsusilə ota, çəmənə baxmaq beynin işləməsini tezləşdirir.

 

 

Minlərlə ildir ki, şəfa mənbəyi olan təbiətə və yaşıla baxmağın beyini gücləndirdiyi ortaya çıxdı.

 

 

Avstraliyanın Melburn Universitetinin Psixologiya şöbəsi tərəfindən aparılan tədqiqatda təbiətə və yaşıla baxmağın beyini gücləndirdiyi ortaya çıxdı. Araşdırma qrupundan Keyt Li, sadəcə 40 saniyə yaşıla baxmağın belə beyin gücünü və müvazinətini artırıb qərar verməyi asanlaşdırdığını bildirib.

 

 

Düzgün qərar almaqda yaşıl sahə təsirlidir.

 

 

Stressin beyin çıxışına birbaşa təsir göstərdiyini açıqlayan mütəxəssislər, gün ərzində açıq sahələrdə keçiriləcək qısa zamanların da psixologiyaya böyük töhfəsi olduğunu söylədilər. Digər tərəfdən, ABŞ-da aparılan bir tədqiqatda isə gün ərzində təbiətdə keçiriləcək 12 dəqiqənin doğru qərar verməyə böyük kömək etdiyi müəyyənləşdirilib.

 

Şərh yaz


Məxfi kod
Yenilə