Çərşənbə, 10 Yanvar 2018 18:49

Süni zəka xərçəng diaqnozu qoyacaq

Süni zəka xərçəng diaqnozu qoyacaq

 

Texnologiyanın inkişafı, bizə sağlamlıq mövzusunda da müxtəlif üstünlüklər gətirir.

 

Son vaxtlarda inkişaf edən süni zəka xərçəng və ürək xəstəliklərinin diaqnozu üçün istifadə ediləcək. Ağciyər xərçəngi və müxtəlif ürək narahatlıqlarının əvvəldən diaqnozunun təyin edilməsi mövzusunda böyük dəstək təmin edəcək olan süni zəkanı İngiltərədəki Con Redklif xəstəxanasında işləyən araşdırmaçılar hazırladı.

 

6 ay ərzində süni zəka xərçəng diaqnozu qoymaq üçün hazır olacaq.

İngiltərə iqtisadiyyatında böyük qənaət təmin etməyi nəzərdə tutan bu süni zəka, eyni zamanda minlərlə insanın həyatını erkən diaqnoz ilə xilas edəcək.

 

Açıqlanan statistikalara görə İngiltərədəki hər 5 ürək narahatlığı diaqnozunun biri səhvdir.

Yəni 20% nisbətində bir səhv payına sahib olan həkimlərdən çox daha müvəffəqiyyətli olduğu açıqlanan süni zəka, tibb dünyasının dəyişmə müddətindəki ilk addım kimi görünür.

Şərh yaz


Məxfi kod
Yenilə