Cümə, 13 Oktyabr 2017 11:58

Mədəyə ən yaxşı təsir edən qida

Mədəyə ən yaxşı təsir edən qida

Mövsüm dəyişikliklərində artan mədə narahatlıqlarının bir nömrəli qoruyucusu baldır.
Mədə xəstəlikləri dünyada ciddi bir sağlamlıq problemi olaraq bir çox insana təsir edir. Xüsusilə mövsüm dəyişikliklərində, mədə narahatlıqlarının artmasında əhəmiyyətli bir faktordur. Payız aylarında rütubət nisbətində yaşanan dəyişmələr və günəş şüalarındakı fərqliliklər bu vəziyyətə zəmin hazırlaya bilər.


Xam balın antibakterial, antioksidant, prebiotik təsirlərinin mədə problemlərinə qarşı istifadə edildiyi və xüsusilə antimikrobial təsirinin akut və xroniki mədə yaralarına qarşı mədəni qoruduğu ifadə edilir.


Gündəlik həyatda yaşanan stress, mövsüm dəyişiklikləri, nizamsız qidalanma, istehlak edilən mayelər və yeyilən yemək kimi müxtəlif faktorlar mədəyə birbaşa təsir edir. Xüsusilə rütubət nisbətinin dəyişməsiylə, mövsüm dəyişikliklərində mədə narahatlıqlarının müşahidə edilməsində artımlar yaşana bilər. Mədə narahatlıqları olan fərdlər üçün olduqca çətin bir dövr olan bu dəyişikliklərdə, mədə problemi olmayan kəslər də mədə ağrısı yaşaya bilər. Nizamlı olaraq bal istehlakı ilə ağrı və yanma şikayətləri əngəllənərkən, mədə içi yaraların yaxşılaşdığının müşahidə edildiyi ifadə edilir.

Mədədə yara meydana gəlməsini əngəlləyir
Xam bal istehlakıyla ağrıların qarşısı alına bilər. Eyni zamanda balın antibakterial, antioksidant, prebiotik təsirlərinin mədədəki yaranın yaxşılaşmasını sürətləndirdiyi, mədə problemlərinə qarşı istifadə edildiyi və xüsusilə antimikrobial təsirinin akut və xroniki mədə yaralarına qarşı mədəni qoruduğu isbat edilmişdir. Bu səbəblə səhər və axşam olmaqla bir qaşıq bal istehlak etmək mədəni rahatlaşdırır.

 

 deyerler.org

Şərh yaz


Məxfi kod
Yenilə