Cümə, 13 Oktyabr 2017 11:55

Astiqmatizm nədir

Astiqmatizm nədir

Astiqmatizm - dəqiq və aydın görməyə maneə törədən bir görmə qüsurudur.

Aydın və dəqiq bir görmək üçün gözdaxili toxumaların bir uyğunlaşma içində çöldən gələn işığı tək bir nöqtədə yığıb dəqiq görməyi təmin etməlidir.

Buynuz gişa və ya linzadakı həssaslıq hadisəsinin fərqlərindən ötəri işığın tək bir nöqtədə toplana bilməməsi və açılmasına astiqmatizm deyilir.

 

ASTİQMATİZMİN ƏLAMƏTLƏRİ

Normal halda buynuz gişz düz bir çevrədir və tək bir nöqtədən işıq keçir, lakin astiqmatizm olanlarda buynuz gişa yumurta görünüşünə düşür. Tam düz olmayan buynuz gişada iki mərkəz nöqtə olar bu da üfüqi və şaquli şəkillərdə insanın görmə qabiliyyətinin pozulmasına gətirib çıxarır.

 

Astiqmatizm xəstələri şaquli və üfüqi yazıları bulanlıq görürlər.

 

- Dəqiq görməmə, bulanıq görmə

- İşıqları yayılmış olaraq görmə

- Şaquli və üfüqi xəttlərdə pozulma

- Uzaqlıq artdıqca dəqiqliyin itkisi

- Uzun paraqraf oxumalarında hərflərin bir araya girməsi

- Gözlərin erkən yorulması

 

ASTİQMATİZMİN MÜALİCƏSİ

 

EYNƏK

Astiqmatizmin 3 müxtəlif müalicəsi var. Birincisi klassik müalicə eynəkdir. Həkim müayinəsindən sonra gözünüzə uyğun eynək verilir və eynək sayəsində görünüşlər dəqiqləşir. Lakin eynək taxmaq astiqmatizm nömrəsini azaltmır.

 

LİNZA

Eynək istifadə etmək istəməyən xəstələr üçün digər bir alternativ müalicəsi isə linzadır. Göz həkiminizə gedərək sizə uyğun linza ilə astiqmatizmdan xilas ola bilərsiniz.

 

LAZER

Eynək və ya lazer istifadə etmək istəməyənlər üçün son variant lazer müalicəsidir. Astiqmatizmdan tamamilə xilas olmaq istəyən xəstələrin həlli lazerdir. Lakin lazer müalicəsi üçün astiqmatizm dərəcəsinin yüksəkliyinə baxılmalıdır, yəni hər astiqmatizm xəstəsi lazer müalicəsi ola bilməz. Excimer Lazer üsulu ilə müalicə edilən gözlər astiqmatizmdan xilas ola bilər. Ancaq eynək və linza müalicəsindən daha baha olduğunu da vurğulamaq lazımdır.

 

Deyerler.Org

Şərh yaz


Məxfi kod
Yenilə