Çərşənbə, 11 Oktyabr 2017 20:56

"Ford" "Tesla"ya rəqib olacaq yeni elektrikli avtomobil modeli yaradır

"Ford" "Tesla"ya rəqib olacaq yeni elektrikli avtomobil modeli yaradır

Elektrikli avtomobillərin cazibəsinin hər keçən gün artdığı bir vaxtda, demək olar ki, bütün avtomobil markaları öz elektrikli avtomobil modelini çıxarmaq üçün fəaliyyətlərini sürətləndirib.

İslamazeri.com Avropa mediasına istinadən xəbər verir ki, ABŞ-ın avtomobil istehsalçısı "Ford"un "Tesla"ya rəqib olacaq modeli hərəkətə keçdi. "Team Edison" adlı bir komanda yaradan "Ford" qrupu yaratma məqsədinə gəldikdə isə şirkətin vitse-prezidenti Şerif Marakbi "böyük düşünmək, sürətli hərəkət etmək və tez qərar vermək" üçün yaradıldığını deyib.

"Ford"un qurduğu qrupun adını "Team Edison" qoymasının "Tesla"ya açıq mesaj olaraq şərh olunur. Elektrikin kabelsiz daşınması kəşfinə imza atan serb mənşəli elektrofizik mütəxəssisi Nikol Tesla ilə Tomas Edison arasında vaxtikən ciddi bir elmi rəqabətin yaşandığı məlumdur.

Avropada bir çox ölkə dizelli avtomobilləri qadağan etmək üçün hədəf müəyyənləşdirib. Avropa ölkələrində dizelli maşın satışlarının 2040-dan sonra qadağan edilməsi gündəmdədir. Bu vəziyyət avtomobil markalarını yeni strategiyalar inkişaf etdirməyə məcbur edir.

 

Şərh yaz


Məxfi kod
Yenilə