Şənbə, 07 Oktyabr 2017 20:22

Aspirin qəbul edənlərdə daxili qanaxma yarana bilər

Aspirin qəbul edənlərdə daxili qanaxma yarana bilər

Aspirinin infrakt və insulta qarşı profilaktik vasitə kimi qəbulu zərərli nəticələrə səbəb ola bilər. Bu nəticəyə ABŞ-ın Şimali Korolina Universitetinin bir qrup alimi Milli Səhiyyə İnstitutunun himayəsi ilə aparılan araşdırmaladan sonra gəliblər.

Aspirindən mütəmadi olaraq profilaktik istifadə mədə xorasınındaxili qanaxma ilə müşayiət oluan ağır formalarına səbəb ola bilər, hətta, beyinə qan sızması ilə nəticələnə bilər. Diabet və yüksək qan təzyiqi kimi xəstəliklər aspirinin ziyanlı effekt riskini daha da artırır.

Aspirinin müsbət effektinə gəldikdə isə, alimlər müəyyənləşdiriblər ki, o yalnız əvvəllər infakrt keçirən və ya ürəyin işemik xəstəliyindən əziyyət çəkən şəxslərə kömək edə bilər. Başqa sözlə, aspirin yalnız təkrar infakrtın qarşısının alınması üçün tövsiyyə olunmalıdır. Bununla belə, sutkalı doza 75 milliqramı ötməməlidir. Bu isə uşaq həbindən də dəfələrlə aşağı dozadır.

2009-cu maliyyə ilinin yekunlarına görə, ABŞ-da 44 milyon qutu aşağı dozalı aspirin satılıb.

Şərh yaz


Məxfi kod
Yenilə