Şənbə, 07 Oktyabr 2017 20:20

Alimlər çayın yeni qeyri-adi xüsusiyyətlərini kəşf ediblər

Alimlər çayın yeni qeyri-adi xüsusiyyətlərini kəşf ediblər

Holland və Britaniya alimlərinin çayın insan beyninə təsiri sahəsində apardıqları araşdırmalardan bu qənaətə gəliblər ki, çay içmək sağlam insanın əqli qabiliyyətlərini yaxşılaşdırmağa qadirdir.

Eksperimentdə iştirak edən 40 yaşına kimi könülliləri iki qrupa ayırıblar.

Birinci qrupda olanlara 50 mq kofein və həmən dozada kofeinlə birgə çayda mövcud olan L-tianin (100 mq) aminturşusu verirdilər. İkinci qrupa isə yalnız kofein verirdilər. Eksperimentlər bunu göstərdi ki, çay içən iştirakçılar daha güclü nəticələr göstərdi. Bundan başqa, müntəzəm çay içən könüllülər daha yaxşı yaddaşla seçilirdilər.

Həmçinin yapon alimləri sübut ediblər ki, müntəzəm çay içmək iki növ diabetin qarşısını almağa səbəb olur. Əlavə olaraq da çay, həddindən artıq yağlı yemək yeyənlərin qanını təmizləməyə qadirdir.

Şərh yaz


Məxfi kod
Yenilə