Şənbə, 07 Oktyabr 2017 20:18

İki fincan kofe Alçqeymer xəstəliyinin qarşısını ala bilər

İki fincan kofe Alçqeymer xəstəliyinin qarşısını ala bilər

Təhlükəsiz narkotik vasitə olan kofein beyinə daxil olduqdan sonra xəstəliyin yaranmasına təsir edir

Gündə iki fincan möhkəm kofe içmək Alçqeymer xəstəliyinin və yarana biləcək bir neçə xəstəliyin qarşısını ala bilər.

Amerikalı alimlər son araşdırmalardan belə nəticəyə gəliblər ki, kofein nəinki Alçqeymerin yaranmasının qarşısı alır, hətta onu müalicə də edir.

Baxmayaraq ki, alimlər bu nəticəyə heyvanlar üzərində aparılan sınaqdan sonra gəliblər, onlar bu sahədə aparılan eksperimentdə kofeinin təsirinin ən perspektivli olduğunu söyləyirlər.

Cənubu Florida Universitetində aparılan araşdırmalara rəhbərlik edən Qarri Arendaş deyir ki, təhlükəsiz narkotik vasitə olan kofein beyinə daxil olduqdan sonra xəstəliyin yaranmasına təsir etməyə başlayır.

Qeyd edək ki, dünya alimləri uzun müddətdir ki, Alçqeymer xəstəliyinin yaranma səbəbini araşdırır. İndiyədək bu xəstəlik milyondan artıq insanın həyatına son qoyub.

Şərh yaz


Məxfi kod
Yenilə