Şənbə, 07 Oktyabr 2017 20:12

Alimlər: "Yuxu həqiqətən də yaddaşı gücləndirir"

Alimlər: "Yuxu həqiqətən də yaddaşı gücləndirir"

Alimlər artıq uzun illərdir ki, yuxunun hafizəyə göstərdiyi təsirlərlə bağlı araşdırma aparırlar.

 

Təbriz radiosu-nun Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Skrips universitetinin alimləri yuxunun insan orqanizminə bəxş etdiyi faydalar haqqında danışıblar. Alimlərin keçirdiyi çoxsaylı araşdırmalar nəticəsində məlum olub ki, yuxu həqiqətən insan hafizəsini gücləndirir.

 

Alimlər qeyd ediblər ki, gündəlik aktivlik zamanı beyin məlumatları silə bilir. Məlumatları silən mexanizmlər yuxu zamanı blok edilir. Bu isə gün ərzində əldə olunan bütün məlumatları yadda saxlamağa yardım edir. Alimlərin keçirdiyi çoxsaylı araşdırmalarda yüzlərlə insan iştirak edib. Və tədqiqatlar bu nəzəriyyəni sübut etməyə yardım edib.

Şərh yaz


Məxfi kod
Yenilə