Şənbə, 07 Oktyabr 2017 20:11

Alimlər gecə mobil telefonları söndürməyi tövsiyə edirlər

Alimlər gecə mobil telefonları söndürməyi tövsiyə edirlər

Böyük Britaniyan alimləri telefonların və müasir qacetlərin insan yuxusuna göstərdiyi təsirlərlə bağlı araşdırma aparıblar.

 

Təbriz radiosu-nun Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, alimlər qeyd ediblər ki, insanlar hər axşam yuxuya sərf edə biləcəkləri bir saatı öz smartfonlarının sərf edirlər. Alimlər qeyd ediblər ki, biz yuxuda olanda da smartfonları söndürmürük və mesajlar, bildirişlər almağa davam edirik.

Bəzi insanlar isə gecə bir neçə dəfə oyanıb telefonuna bildiriş gəlib gəlməməsini yoxlayırlar. Alimlər qeyd ediblər ki, bu insan yuxusunun sağlamlığına və kamil istirahət etməsinə çox mənfi təsir göstərir. Mütəxəssislər yuxu zamanı telefonu söndürməyi tövsiyə edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə