Şənbə, 07 Oktyabr 2017 20:09

Bağırsaq virusunun əlamətləri

Bağırsaq virusunun əlamətləri

Bağırsaq virusları qastroenterit deyilən bir xəstəliyə yol açırlar. Virus qastroenterit ABŞ-da ən geniş yayılmış ikinci xəstəlikdir. Çox yoluxucudur və əsasən yüngül keçsə də, yaşlılarda, çox kiçik uşaqlarda və immuniteti zəifləmiş olan insanlarda daha şiddətli bir xəstəlik şəklində müşahidə olunur.

Qastroenteritə yol açan müxtəlif viruslar var. Rotavirüs uşaqlarda qastroenterit görülməsinin ən geniş yayılmış səbəbidir. Adətən 2 yaşdan kiçik uşaqlara təsir göstərir və əsasən bu hallar qış və payız aylarında görülür. Kalisiviruslar bütün yaş qruplarında xəstəliklərə və problemlərə yol açırlar.

 

Bağırsaq virusunun əlamətləri ishal, ürəkbulanma və qusmadır. Başgicəllənmə görülə və bunun nəticəsində iştaha itirilə bilər.

 

Bağırsaq virusunun əlamətləri olan ishal və qusmadan sonra bədənin susuz qalması müşahidə olunur. Susuzluğun əlamətləri isə zəiflik, dodaqların və dilin quruması, ürək döyüntülərinin sürətlənməsidir.

Bağırsaq virusunun müalicəsi bədən infeksiyası ilә mübarizәnin aparılması ona yaxşı qulluq edilməsi sayəsində olur: bol maye qəbulu, ürək bulanmasını azaldacaq antiemetik dərmanlar və elektrolit səviyyəsinin nizamlanması mənasına gəlir.

 

Şərh yaz


Məxfi kod
Yenilə