Şənbə, 07 Oktyabr 2017 20:08

Qol saatı infarktı əngəlləyəcək

Qol saatı infarktı əngəlləyəcək

Kardiyologiya mütəxəssisləri bildiriblər ki, saatın köməyi ilə ürəyimizi dinləyə biləcəklər.

İldə minlərlə insanın ölümünə səbəb olan infarkta bağlı ölümlər qol saatıyla önlənə biləcək. Yeni texnologiya sayəsində ritm pozğunluğuna bağlı və infarktla nəticələnən ürək böhranları qol saatıyla ölçüləcək və erkən xəbərdarlıq ilə önlənə biləcək. Gələcək ay bazara təqdim ediləcək ürək ritmi ölçən saatlar ürək ritim pozuntusunu anında yazıb xəstəyə xəbərdarlıq göndərəcək.

Mütəxəssislər bağırsaq florası ilə ürək arasında əhəmiyyətli əlaqələr olduğuna dair araşdırmalar olduğunu ifadə edərək, bildirdilər ki, koronar xəstəliyi olanlarda bağırsaq florasının infarktına səbəb olma potensialına doğrudan da təsir edir. Ürək çatmazlıqları ilə bağırsaq şişləri və endotoksinlər ilə doğrudan əlaqəlidir. Xüsusilə prebiotik təsiri olan lifli yemək, tərəvəz, meyvə, probiotik xüsusiyyəti olan qatıq və kələm turşusu kimi yeməklər bağırsaq florası ilə birlikdə ürəyi də qoruyur.

 

METAL STENTLƏR ARXİVƏ GEDƏCƏK

Tədqiqatçılar dərmanlı stentlərin yenidən damarda daralma nisbətinin 5% səviyyəsinə qədər düşdüyünü qeyd etdi. Bu sahədəki yeni inkişaflarla dərmanlı stentlərin, metal stentlərin tamamilə yerini almasının gözlənildiyi dilə gətirildi.

 

Şərh yaz


Məxfi kod
Yenilə