Şənbə, 07 Oktyabr 2017 20:05

Televizor qarşısında yemək ziyandır

Televizor qarşısında yemək ziyandır

Alimlər televizor qarşısında yemək yeməyin insan orqanizminə vurduğu ziyanlarlala bağlı araşdırmalar aparıblar.

 

təbriz radosu-nun elmi saytlara istinadən verdiyi xəbərə görə, ABŞ alimləri qeyd ediblər ki, televizor qarşısında yemək qəbul etmək əksər vaxtı inansların artıq qida qəbuluna səbəb olur.

 

Alimlər bu fenomenin hansı səbəblərdən baş verməsinin səbəblərini müəyyən etmək üçün genişmiqyaslı tədqiqatlar aparıblar. Bu araşdırmalar zamanı məlum olub ki, insanlar adətən televizor qarşısında sağlamlıq üçün son dərəcə ziyanlı olan tez bişirilən qidalar qəbul edirlər. Eyni zamanda insanlar televizor qarşısında yeməyin miqdarına diqqət etmirlər və bir çox vaxtlar qida qəbulunda ifrata gedirlər. Alimlər qeyd ediblər ki, ailə mühitində televizor olmadan və tələsmədən qida qəbul etmək insan sağlamlığına çox müsbət təsir qoyur.

Şərh yaz


Məxfi kod
Yenilə