Bazar ertəsi, 04 Sentyabr 2017 21:18

Dişləri təmizləməmək ürək xəstəlikləri riskini artırır

Dişləri təmizləməmək ürək xəstəlikləri riskini artırır

Aparılan tədqiqatların nəticəsində müəyyən olub ki, gündə iki dəfə dişləri təmizləmə ürək xəstəliklərinə tutulma riskini azaldır.

Tədqiqatçılar göstərirlər ki, gündə iki dəfə dişlərini təmizləyənlərlə müqayisədə, ağız boşluğu gigiyenasına kifayət qədər əhəmiyyət verməyənlərdə ürək-damar xəstəlikləri riski yüksəkdir.

Tədqiqatlar London universiterinin professoru Riçard Uottun rəhbərliyi ilə aparılıb. Şotlandiyada 110.000 nəfər arasında keçirilən ictimai sağlamlıq sorğusunun nəticələri araşdırılıb. Siqaretçəkmə, fiziki aktivlik, ağız boşluğu gigiyenası kimi müxtəlif vərdişlər nəzərdən keçirilib. Bunlardan başqa sorğuda stomatoloqa müraciət etmə və diş fırçalamaları haqqında məlumatlar da araşdırılıb.

Sorğudakı məlumatlar ürək-damar xəstəliklərinin məlum risk faktorları ilə (sosial vəziyyət, artıq çəki, siqaretçəkmə, irsi anamnez) korrektə olunduqdan sonra alimlər, dişlərini gündə iki dəfə fırçalayanlarla müqayisədə daha az fırçalayanların 70% daha çox xəstələndiyini aydınlaşdırıblar.

Həmçinin ağız boşluğu təmizliyinə riayət etməyən sorğu iştirakçılarının çoxunda C reaktiv zülal, fibrinogen kimi iltihab halları aşkar edilmişdir.

 

Şərh yaz


Məxfi kod
Yenilə