Bazar ertəsi, 04 Sentyabr 2017 21:17

Bağırsaq qurdları ürək pristupuna səbəb ola bilər

Bağırsaq qurdları ürək pristupuna səbəb ola bilər

Amerikalı alimlərin rəyinə görə, insanlarda ürək ağrısı bağırsaqdakı bakteriyaların tərkibindən asılı olaraq da yarana bilər.Onlar həmçinin sübut etmişdilər ki,bağırsaqların mikroflorasının requlyasiyası üçün istifadə edilən müxtəlif preparatlar ürək xəstəliklərinin yaranma riskinin qarşısını almasa da, ən azından xəstəliyə tutulma riskini azalda bilər.

Tədqiqatçılar bununla bağlı siçanlar üzərində bir sıra maraqlı eksperimentlər aparmışlar.Gəmiriciləri 3 qrupa ayıraraq onları müxtəlif şəkildə yemləyirdilər.Qruplardan biri ənənəvi yem, ikinci qrup antibiotik əlavə edilmiş yem qəbul edirdi, üçüncü qrup isə probiotiklərlə qidalanırdı.Nəticə olaraq birinci qrup heyvanlar daha çox ürək ağrısı riskinə məruz qalırdılar, digər qruplarda isə bu daha az müşahidə olunurdu.Tədqiqat müəlliflərinin fikrinə görə, bu kəşf ürək xəstəliklərinin diaqnostikası və müalicəsi üçün yeni metodların işlənməsində faydalı ola bilər.

 

Şərh yaz


Məxfi kod
Yenilə