Bazar ertəsi, 04 Sentyabr 2017 21:14

ALMADA OLAN ŞƏFALI GÜC

ALMADA OLAN ŞƏFALI GÜC

Amerika alimləri almanın, daha doğrusu onun qabığının insanı onkoloji xəstəliklər də daxil olmaqla bir çox xəstəliklərdən müdafiə etməsi qənaətinə gəlmişlər.


    Belə ki, Kornell Universitetinin əməkdaşları, bu meyvənin qabığında laboratoriya şəraitində yetişdirilmiş xərçəng xəstəliyi hüceyrələrini zərərsizləşdirən və yaxud da onları məhv edən ona qədər kimyəvi birləşmə müəyyən etmişlər. Bildirildiyinə görə, bu antixərçəng birləşmələrin üçü bu günə qədər heç bir elmi ədəbiyyatda təsvir edilməmişlər.

    Tədqiqatı aparan qrupun rəhbəri Rui Hay Liunun sözlərinə görə, alimlər «bir neçə birləşmənin insanın qaraciyərində, yoğun bağırsağında və süd vəzisində olan xərçəng hüceyrələrini zərərsizləşdirmək üçün çox qüvvətli xüsusiyyətlərə malik olmalarını müəyyən etmişqlər. Onların fikrincə, belə birləşmələr müəyyən mənada ümumilikdə almanın antixərçəng təsiri üçün mühüm rol oynaya bilərlər».

    Tədqiqat zamanı alimlər universitetin bağından yığılmış 100 kq-dan çox «Red delişes» («Qırmızı dadlı») sortlu almanın qabığından istifadə etmişlər. Onlar bu qabıqlardan müəyyən birləşmələri xüsusi ayırmışlar. Perspektiv birləşmələrin quruluşunu müəyyən etdikdən sonra mütəxəssislər laboratoriya şəraitində onların xərçəng hüceyrələrinə təsirini öyrənmişlər.

    «Vzqləd» işgüzar qəzetinin bildirdiyinə görə, Kornell Universitetinin alimlərinin fikrincə, 5-dən 12-yə qədər müxtəlif meyvə və tərəvəzdən hazırlanmış qidadan istifadə edilməsi xroniki xəstəliklərin və xərçəng xəstəliyinin ehtimalı riskini azaldır.

Şərh yaz


Məxfi kod
Yenilə