Bazar ertəsi, 04 Sentyabr 2017 21:12

Ayaq dırnaqları ağciyərdə xərçəng xəstəliyini müəyyən etdi

Ayaq dırnaqları ağciyərdə xərçəng xəstəliyini müəyyən etdi

Amerika alimləri bu nəticəyə gəliblər ki, ağciyərdə xərçəng xəstəliyini dirnaqları analiz etməklə müəyyən etmək olar.
Əksər vaxtlar belə xərçəng xəstəliyinin əmələ gəlməsinə aktiv və ya passiv siqaret çəkilməsi nəticəsində yığılmış nikotinin xroniki təsiri səbəb olur. Bu, San-Dieqo Universitetinin tədqiqatçılarını vadar etdi ki, tütün tüstüsünün orqanizmə təsirinin "təbii indikator"nu axtarsınlar. Belə indikatora namizəd ayaqdakı baş barmaqların dırnaqları oldu.
Buna ayaq dırnaqlarının iki keyfiyyəti dəlalət edir: birincisi, onlar çoxlu nikotin toplaya bilirlər, ikincisi isə, onların ay ərzində uzanma sürəti bir neçə mm olur. Hətta kiçik dırnaq kəsiyi az bir müddətdə ora yığılmış nikatinin miqdarını təyin etməyə imkan verir.
800 nəfər (siqaret çəkən və çəkməyən) əksəriyyəti də xərçəng xəstəliyinə tutulmuş insanlar üzərində aparılmış tədqiqat bu fərziyyəni təsdiqlədi. İştirakçılardan dırnaqlarına daha çox nikotin yığılmış olanlarda bu xəstəliyə tutulma riski dırnaqlarında az nikotin toplananlardan üçqat çox olmuşdur.

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob