Bazar ertəsi, 04 Sentyabr 2017 21:08

Siqaret çəkənlər bunları mütləq yeməlidir

Siqaret çəkənlər bunları mütləq yeməlidir

Siqaret çəkənlərin orqanizmində toplanan nikotinin təsiri illərlə davam edə bilər. Bunun qarşısını qismən də olsa almaq üçün siqaret aludəçiləri bəzi qidaları istehlak etməlidirlər.

Aşağıdakı sadalanan qidaların orqanizmdəki nikotini təmizlədiyi bildirilir.

 

Kivi

Bol miqdarda vitamini özündə cәmlәşdirәn kivi, nikotini orqanizminizdən tәmizlәmәyә dә kömək edir.

 

Gicitkən

Gicitkən bol miqdarda dəmir və dezinfeksiya edici xüsusiyyətә malik maddələrdən ibarətdir. Gicitkən otu sayəsində bədəninizdə yığılan nikotindən xilas ola bilərsiniz.

 

Yerkökü suyu

Siqaret aludəçisinizsə, hər çəkdiyiniz siqaretdə nikotinin orqanizminizdə 3 gün qaldığını unutmayın. Dəriyə zərər verən nikotinin bu təsirinə qarşı yerkökü suyu istehlak edə bilərsiniz. Vitaminlər baxımından zəngin olan yerkökü suyu dərinin özünü yenilənməsini və nikotindən təmizlənməsini təmin edir.

 

Su

Su orqanizmdəki zəhərli maddələrin ifraz edilməsi üçün çox mühümdür. Orqanizminiz susuz qalarsa hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azaldılması çətinlәşә bilər.

Şərh yaz


Məxfi kod
Yenilə