Bazar ertəsi, 04 Sentyabr 2017 21:00

Şəkər yaddaş gücünü zəiflədə bilər

Şəkər yaddaş gücünü zəiflədə bilər

Alman alimləri belə nəticəyə gəliblər ki, hətta şəkərli diabet xəstəliyinə düçar olmadan belə qanda şəkərin miqdarının çox olması yaddaş pozğunluğu yarada bilər.

Alimlərin tədqiqatlarında orta yaş həddi 63 olan 140 könüllü şəxs iştirak etmişdir.

Heç bir iştirakçıda şəkərli diabet, şəkərli diabet öncəsi durum və  qlükozaya qarşı həssaslıq halları qeydə alınmayıb. Nəticələrin daha dəqiq olması üçün eksperimentdə artıq çəki və spirtli içki problemi olan iştirakçı olmamışdır.

Qanında şəkərin faizinin daha az olduğu məlum olan şəxslərin göstəriciləri digərlərinə nibətən yaxşı idi. Belə test olundu : səsləndirilən 15 sözü yarım saatdan sonra  ardıcıllıqla sadalamaq. Beləliklə, qanında şəkərin miqdarı nisbətən çox olan şəxslər daha az söz yadda saxlamışdılar.  

“Əldə olunan məlumatlar onu göstərir ki, qanda qlükoza konsentrasiyasının azaldılması ahıl yaşlarında düşüncə və yaddaş ilə bağlı problemlərə həll ola bilər” – deyə araşdırma rəhbəri Aqnes Floel qeyd edib.

Şərh yaz


Məxfi kod
Yenilə