Bazar ertəsi, 04 Sentyabr 2017 19:11

Gül kələmi zehni açır

Gül kələmi zehni açır

Kalorisi yox deyiləcək qədər az olan gül kələmi bol istehlak edildikdə həm çəki nəzarətini təmin edir, həm də zehni açaraq alzheimerin qarşısını alır.

Gül kələminin faydaları saymaqla bitmir. Sağlamlıq baxımından bir çox faydası olan bu şəfalı tərəvəz, qış aylarında bir çox şəkildə qiymətləndirilir.

Gül kələmi orta hesabla 25 kaloridir. Orqanizmin vitamin tələbatının bir qismini ödəyir. A, B1, B2, C və E vitaminləri ilə zəngindir. Həmçinin kalsium, kalium, fosfor, maqnezium ehtiva edən bir tərəvəzdir.

Sağlam, balanslı və nizamlı bir qidalanma üçün uyğundur və sağlam yaşamaq istəyənlərin seçimidir.

Xüsusən buxarda bişirilən və suda pörtülən gül kələmindən pəhriz edən şəxslər və ya xəstələr seçim edə bilərlər. Mədə narahatlıqlarına qarşı da qoruyucu təsiri vardır.

Bədənin toksin maddələrdən təmizlənməsi də gül kələminin faydaları sırasındadır. Xüsusən qaraciyəri toksinlərdən təmizləyir, qaraciyər üçün çox faydalıdır. Şəkər xəstəliyi olan şəxslərin də rahatlıqla yeyəcəyi və fayda əldə edəcəyi bir tərəvəzdir.

Yüksək miqdarda su və lifdən ibarət olduğu üçün həzmi olduqca asandır. Həzm sistemini tənzimləyir və rahatlaşdırır. Mədə pozğunluğun qarşısını alır, qəbizliyi aradan qaldırır və kolon xərçəngi riskini də azaldır.

Şərh yaz


Məxfi kod
Yenilə