Çərşənbə, 02 Avqust 2017 19:48

Kola içmək insanı iflic edir

Kola içmək insanı iflic edir

ABŞ-da aparılan bir araşdırma nəticəsində, pəhriz içkilərinin hər gün istehlak edilməsinin ağılın zəifləməsi təhlükəsini 3 dəfə artırdığı məlum olub.

 

BBC-yə istinadən, araşdırmada süni dadlandırıcı tərkibli içkiləri hər gün içən insanlarda iflic təhükəsinin yüksək olduğu müəyyən olunub.

Boston Universitetinin alimlərinin həyata keçirdiyi araşdırmada, 4 min nəfərin pəhriz vərdişləri 7 il ərzində müşahidə edilib və növbəti 10 il ərzində də sağlamlıqları təhlil olunub.

Hesabata əsasən, gündə ən azı bir dənə süni dadlandırıcılı içki içən bir şəxsin Alzheimer xəstəliyinə yoluxma nisbəti, içməyən biri ilə müqayisədə 2.9 dəfə daha çoxdur.

 

Alzheimers & Dementia and Stroke (Alzheimer, Ağlın zəifləməsi və İflic) adlı jurnalda yayımlanan araşdırmanın nəticələrinə yaş, məşq, cinsiyyət və təhsil amillərinin təsir etdiyi qeyd olunub.

BBC-nin xəbərinə əsasən, araşdırmada bu sağlamlıq vəziyyətləri ilə içkilər arasında birbaşa əlaqə aşkar edilməyib. Hesabatın nəticələri insanların qidalanma vərdişlərinə verdikləri cavablar sayəsində aparılan uzun müddətli müşahidə ilə əldə edildiyi bildirilib.

Son illərdə şəkər istehlakı ilə bağlı narahatlıqları araşdırmalarla sübut edilməsindən sonra, istehlakçılar qazlı pəhriz içkiləri kimi, süni dadlandırıcı tərkibli məhsullara üstünlük verirlər.

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob