Çərşənbə, 02 Avqust 2017 19:37

Fındıq: ləzzətli çərəz, vitamin və faydalı maddələr deposu

Fındıq: ləzzətli çərəz, vitamin və faydalı maddələr deposu

Ləpə bitkiləri içərisində ən tez həzm olan bitki - fındıqdır. Quru fındığın tərkibində 70 faiz yağ və 20-15 faiz protein olur. O kəslər ki, daha çox zehni işlə məşğul olurlar, onlara fındıq yemək məsləhət görülür. Fındığın tərkibində yağlar, karbohidratlar, protein və su vardır. Bundan başqa, bir çox vitamini özündə saxlayır.

Fındıq yağının tərkibində olan olein turşusu xolesterinin qalxmasına mane olur. Həmçinin bu turşu bədənin sağlamlığının keşiyində durur.

Fındığın tərkibində E vitamini vardır ki, ürək və bədən əzələsi üçün faydalıdır. Həmçinin xərçəng xəstəliyi riskini azaldır.

Təbriz radiosu tebyan saytına istinadən məlumat verir ki, fındığın tərkibində B1, B2, B6 vitaminləri vardır ki, beyin sağlamlığı və qan əmələ gətirmək üçün zəruridir. Fındığın tərkibində kalsium, dəmir, kalium vardır.

Fındıqda çoxlu fosfor vardır. Ona görə də zehni işlə məşğul olan insanlar üçün çox tövsiyə edilir. Çünki fosfor beyin fəaliyyətlərində mühüm rola malikdir.

Hər gün 10 dənə fındıq yeyərək, E vitamininə olan gündəlik ehtiyacı ödəyə bilərsiniz. Fındığın kalorisi yüksəkdir. Onu həddən artıq çox yemək çəkini artırar. 100 qr. fındıqda 600 kalori vardır.

Fındıq mədə və bağırsaq üçün xeyirli bir bitkidir. Bədəndə olan zəhərli maddələri xaric edə bilir. Ona görə də onu ac vaxtı yemək daha çox məsləhət görülür.

Fındıq qan azlığı olan insanlar üçün də faydalıdır. Ona görə də hər yemək yedikdən sonra 5-6 dənə fındıq yeyin və bu probleminiz aradan qalxacaqdır.

Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ciyər xəstələri bu bitkidən müalicə üçün istifadə edə bilərlər.

Fındıq tərkibində olan C və A vitamininə görə dəri, saç, dırnaq və həmçinin görmə qabiliyyətinin yaxşılaşdırılması üçün çox faydalı bitkidir. Tərkibində olan B vitamini əsəb zəifliyini aradan qaldırar, həyəcanı azaldar. Fosfor hafizəni gücləndirər.

Fındıq yağından öskürəkdə, sinə ağrılarında istifadə olunur. Saç tökülməsinin qarşısını alır. Əgər bu yağı əqrəbin sancıdığı yerə vursalar, zəhəri aradan gedər.

Saç tökülməsinin qarşısını almaq üçün fındıq qabığını yandırır və külünü kokos yağı ilə qarışdırırlar. Sonra da saçların dibini onunla masaj edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə