Çərşənbə, 02 Avqust 2017 18:58

İmmunitet sistemi zəif olanlar üçün vacib məsləhətlər

İmmunitet sistemi zəif olanlar üçün vacib məsləhətlər

Mövsüm dəyişikliyinin yaşandığı bugünlərdə, yoluxucu xəstəliklərə tutulmaq istəməyənlər üçün mütəxəssislər hil və darçın kimi bitkilərdən hazırlanan çayları təklif edirlər.

Xəstəliklər siqnal verəndə bitkilərlərdən hazırlanacaq qarışıqlar yatağa düşməyinizi əngəlləyəcək.

Mütəxəssislər xroniki bir nasazlığı olmayanlara bu bitki çaylarını təklif ediblər:

Hil-darçın: Soyuqdəymə, bronxit, öskürək, yüksək temperatur şikayətlərinin yüngülləşdirilməsində, ağız və boğaz ağrılarının aradan qaldırılmasında hil yaxşı təsir edir. Dəmləmə üsulu, ədviyyatlarla qarışdırılaraq içilə bilər. Bunlar arasında darçın önə çıxır. Darçın və hil tərkibindəki maddələr immunitet sistemini gücləndirir. Virus və mikroblara qarşı mübarizə aparır.

Zəncəfil kökü-limon: Limon ilə birlikdə işlədiləndə soyuqdəyməyə və həzmə kömək olur. Boğazınızda və ya orqanizminizdə halsızlıq, ağrı hiss etdikdə təzə zəncəfil rəndəsi, limon şirəsi və bal qarışığı sizə yaxşı təsir edəcək.

Cökə: Cökə çiçəklərinin iltihab əleyhinə və ağrıkəsizi xüsusiyyəti vardır. Soyuqdəymə şikayətlərinin və boğaz ağrılarının azalmasına, müalicənin tezləşməsinə köməkçi olur.

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob