Çərşənbə, 02 Avqust 2017 18:48

UZUN SÜRƏN YORĞUNLUQ HANSISA XƏSTƏLİYİN ƏLAMƏTİ OLA BİLƏR

UZUN SÜRƏN YORĞUNLUQ HANSISA XƏSTƏLİYİN ƏLAMƏTİ OLA BİLƏR

Sağlam insanlar həddindən artıq işləyəndə, lazım olandan çox fiziki əmək sərf edəndə, yorula bilərlər. Bu, normal bir haldır. Adi, gündəlik işləri yerinə yetirərkən də özünüzü yorğun hiss edirsinizsə, bu zaman artıq bu hala ciddi yanaşmalı, bunun arxasında hansısa bir xəstəliyin ola biləcəyini düşünmək lazımdır.

Hansı xəstəliklər zamanı insan tez yorulur

Yorğunluğuna ən çox qansızlıq zamanı tez-tez rast gəlinir. Əsasən dəmir çatışmamazlığına bağlı olan qansızlıqda yorğunluq əsas bir göstərici ola bilər.

Bəzi orqanların öz funksiyalarını yerinə yetirmədiyi hallarda da yorğunluq problemi baş qaldırır. Böyrək, qaraciyər, ürək, tənəffüs çatışmamazlığı kimi problemlərin çoxunda yorğunluq az və ya çox da olsa, mütləq özünü göstərir

Sümük xəstəlikləridə, bəzi sinir sistemi xəstəliklərində yorğunluq sıx rast gəlinən bir göstəricidir. Təzyiqinin aşağı düşməsi, qanda şəkərin aşağı düşməsi kimi hallarda da yorğunluq problemi ilə qarşılaşma mümkünlüyi artır.

Yorğunluq, gözdən qaçmış gizli bir infeksiyon xəstəliyin ilk və tək işarəsi ola biləcəyini bilmək lazımdır. Xronik iltihabi xəstəliklərdə, məsələn,vərəm xəstəliyində çox ciddi yorğunluq şikayətləri olur.

Xərçəng xəstəliyinə işarə ola bilər

Yorğunluq, xərçəng xəstəliyinin də əlaməti ola bilər. Xüsusən də iştahasızlıq, arıqlama, yüksək tempratur kimi əlamətlərlə birgə olarsa bu zaman yorğunluğa ciddi yanaşmaq, xərçəng xəstəliyi mümkünlüyini mütləq araşdırmaq lazımdır.

Bir çox psixi xəstəliklərdə də yorğunluq əsas bir problemdir. Yorğunluq depressiyanın da ilk əlamətidir.

Qısası, yorğunluğa adı baxmayın, uzun müddətdən bəri davam edən, getdikcə şiddətlənən və başqa nasazlıq əlamətləri ilə birgə olan yorğunluqları ciddi hesab edin.

Şərh yaz


Məxfi kod
Yenilə