Çərşənbə axşamı, 01 Avqust 2017 18:34

İnsan gün ərzində neçə dəfə yemək yeməlidir?

İnsan gün ərzində neçə dəfə yemək yeməlidir?

İnsan bədəninin tez yemək yeməyə proqramlı olmadığını mütəxəssislər xəbərdar edirlər. Müəyyən saatlarda ac qalmaq xəstəliklərdən qoruyar. Tez-tez yemək yeməyin zərərli olduğunu söyləyən həkim Merkola, gündə 2 dəfə yeməyin daha sağlam olduğunu bildirdi.

Yemək araları 2 dəfə qidalanma sayəsində bədəniniz enerji üçün yağları xüsusi şəkildə yerləşdirir və beləcə insulinə qarşı həssaslığı artır. Uzun müddətli aclıq və ya orucla ürək sağlamlığı qorunur, xərçəng riski azalır, həyat müddəti uzanır.

Bundan əlavə, sağlam qidalanmanın da əhəmiyyət kəsb etdiyini söyləyən mütəxəssislər bu mövzuda da məlumat verdilər:

"Gündəlik kalorinin 50%-i kərə yağı və yumurta kimi qidalardan alınmalıdır.

Çoxlu meyvə və tərəvəz istehlak edilməlidir."

Qidalar üzərində illərdir araşdırmalar aparan həkim Cozef Merkola, ən sağlam sirkənin alma sirkəsi olduğunu dedi və faydalarını belə izah etdi: "Şəkərdən qoruyur, ürəyi gücləndirir, boğaz ağrısını əngəlləyir, həzm sisteminə yaxşı təsir göstərir, enerjini artırır, ziyillərə qarşı də təsirlidir."

Şərh yaz


Məxfi kod
Yenilə