Çərşənbə axşamı, 01 Avqust 2017 18:32

MƏŞHUR HİND SOUSU XƏRÇƏNG HÜCEYRƏLƏRİNİ MƏHV EDİR

MƏŞHUR HİND SOUSU XƏRÇƏNG HÜCEYRƏLƏRİNİ MƏHV EDİR

Məşhur hind sousu karrinin məlzəmələrindən birində tapılan maddə qida borusunda xərçəng törədən hüceyrələri məhv etməyə qabildir. Buna əsasən onkoloqlar hesab edirlər ki, xərçəngin müalicə üsullarının işlənib hazırlanması zamanı bu maddədən istifadə oluna bilər.

İrlandiyanın Kork onkoloji elmi mərkəzinin mütəxəssisləri qida borusunda xərçəng hüceyrələrini karri sousunun tərkibinə daxil olub, ona səciyyəvi sarı rəng verən və hamımızın çox yaxşı tanıdığı sarıkökdəki kurkumin maddəsinin vasitəsilə dəf etməyə nail olmuşlar. Tədqiqatçılar kurkuminin 24 saat ərzində xərçəng hüceyrələrini məhv etdiyini aşkar etmişlər.

Tədqiqatın aparıcı müəllifi Şeron Makkenna bildirir ki, kurkuminin müalicəvi əhəmiyyəti hüceyrənin gözlənilməz siqnal sistemindən istifadə edərək xərçəng hüceyrələrini məhvə vadar etməsinə söykənir.

“Bu cür “sındırılmış” hüceyrələr, bir qayda olaraq, özünüməhv, elmi dildə desək, apoptoz yolu ilə ölür, bu proses isə öz növbəsində kaspaza adlı ferment zülalların işə qoşulmasi ilə başlayır”, - deyə mütəxəssislər bildirirlər.

Makkenna onun təcrübələrinin xərçəngin müalicəsində alimlər üçün yeni imkanlar açdığını vurğulayır

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob