Çərşənbə, 17 May 2017 19:48

Ürək damar xəstəlikləri üçün faydalı qidalar

Ürək damar xəstəlikləri üçün faydalı qidalar

 Ürək damar xəstəlikləri dünyada ən çox yayılmış və hər il yüzlərlə insanın ölümünə səbəb olan ciddi amillərdən biridir. Müasir həyat tərzi, fiziki fəaliyyətin azlığı, balanslaşdırılmamış qida rejimi ürək xəstəlikləri riskinin artmasına səbəb olur. Ancaq bunun qarşısını nisbətən almaq olar. Diyetoloqların fikrincə, buna qida rasionuna aşağıdakı superqidaları əlavə etməklə nail olmaq mümkündür. 

Siyahının ilk pilləsində E vitamini və bir çox faydalı minerallarla zəngin olan zeytun yer alıb. Zeytun təzyiqi, xolesterol dəyərlərini salmağa, soyuqlamanı aradan qaldırmağa, trombların əmələ gəlməsinin qarşısını almağa kömək edir və stressdən qoruyur. 

Dənli bitkilər insultun əlamətlərindən xilas edir, qan şəkəri ilə mübarizə aparır. Nəticədə damarlar öz vəzifəsini daha yaxşı yerinə yetirir və orqanizmdə iltihablaşma olmur. Diyetoloqların fikrincə, sadə yulaf belə unikal xüsusiyyətlərə malikdir. 

Yaşıl tərəvəzlər qan təzyiqini tənzimləyir, tərkibindəki vitamin və mineral birləşmələri isə diabetdən mühafizə edir, şah damarların divarlarını qoruyur. Bu siyahıda A və C vitamini, antioksidantlarla zəngin olan pomidor, damarların tutulmasınıdan xilas edən cır mərsin, alma və s. var. 

Tərkibində vitaminlər, protein, minerallar olan soya infarktdan və insultdan qoruyur. Çərəz doymamış yağlarla, zülal, E vitamini, kalium, maqneziumla zəngindir. Badam, soya və balıq "qızıl siyahıya" daxil olan qidalardandır. 

Qızıl balıq, tuna, skumbriya kimi balıqlar da eyni xüsusiyyətə malikdir. Onlar tərkibindəki Omeqa-3 ayəsində soyuqdəyməni aradan qaldırır və trombların yaranmasına imkan vermir.

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob