Cümə axşamı, 11 May 2017 20:44

Alimlər soyuqdəymə zamanı şirniyyat yeməyi tövsiyə edirlər

Alimlər soyuqdəymə zamanı şirniyyat yeməyi tövsiyə edirlər

Alimlər soyuqdəymə ilə bağlı geniş araşdırma aparıblar.

 Təbriz radiosunun Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki, soyuqdəymə zamanı yaxşı qidalanmaq çox mühümdür. Alimlər qeyd ediblər ki, qlükoza orqanizmdə baş verən iltihablara müxtəlif təsirlər qoyur.

Alimlərin sözlərinə görə soyuqdəymə zamanı insanların iştahı korlanır. Alimlər yekun olaraq vurğulayıblar ki, şirniyyat yemək orqanizmində qlükozanın yaranmasına səbəb olur. Qlükoza da soyuqdəymə nəticəsində yaranan bakteriyalara və mikroblara qarşı effektiv mübarizə aparmağa yardım edir.

Şərh yaz


Məxfi kod
Yenilə