Cümə axşamı, 11 May 2017 20:36

Övladınız "L, R, D, S, T, Z" hərflərini deyə bilmirsə...

Övladınız "L, R, D, S, T, Z" hərflərini deyə bilmirsə...

Təzəcə danışmağı öyrənən uşaqların bəzi hərf və sözləri söyləyə bilməməsi ən çox rast gəlinən hallardandır.

 

xəbərə görə, 3 yaşından böyük uşaqlar "L, R, D, S, T, Z" hərflərini deyəndə çətinlik çəkirlər. Bu halın isə xalq arasında dil bağı xəstəliyindən yarandığı bildirilir.

 

Dil bağı xəstəliyinin olub olmaması normal bir müayinə ilə müəyyən oluna bilər. Diaqnoz vaxtı körpənin qidalanma probleminin olub olmamasını müəyyənləşdirmək mühümdür.

 

Dil bağı xəstəsi olmasından şübhələnilən uşaq böyükdürsə, dilini çölə çıxarıb, ağzı açıq bir şəkildə dilinin ucunu damağına sürtməsi kimi hərəkətlər etməsi tələb olunur.

 

Dil bağı problemi olan uşaqlar dilini çölə çıxarmaqda əziyyət çəkdikləri üçün daxili hissəyə çevrilən dil "V" formasını alır. Tələffüz pozuntusunun qiymətləndirilməsində, xüsusilə 3 yaşından sonrakı dövrdə dil ucu ilə formalaşdırılan "L, R, D, S, T, Z" kimi səsləri çıxarması tələb olunur. Dil bağı problemi olan uşaqlar bu səsləri çıxaranda əziyyət çəkirlər.

Dil bağı problemini isə kiçik cərrahiyyə əməliyyatı ilə aradan qaldırmaq mümkündür.

Şərh yaz


Məxfi kod
Yenilə