Çərşənbə axşamı, 09 May 2017 19:25

heyvanın faydaları

 heyvanın faydaları

Heyva o meyvələrdəndir ki, ürəyi, əsəbləri gücləndirər və stressi aradan aparar. Yarpağını dəmləyib içmək isə yuxu problemini aradan qaldırar. Bu dadlı meyvənin tərkibində A, C, B, E vitaminləri, kalium, fosfor, kalsium, dəmir, maqnezium vardır. Bu meyvədən arıqlamaq üçün də istifadə etmək olar. Heyvada güclü anti-oksidantlar mövcuddur.

Heyva mədə yaraları üçün faydalı bir meyvədir. Mədə ağrısından onun dənəsinin qaynanmış halından istifadə edərək xilas olmaq olar. Heyva yarpağını dəmləmək həzmi yüngülləşdirər və yuxusuzluğu aradan qaldırar.

Heyva dənəsinin qaynanmış halı boğaz ağrısı və öskürək üçün də faydalıdır. Həmçinin susuzluğu dəf edər, ağızda olan yanğını aradan aparar.

Heyva yarpağının dəmlənmiş halı əsəbləri sakitləşdirər və tərkibində olan B vitamini ürəyin güclənməsinə səbəb olar.

 

Şərh yaz


Məxfi kod
Yenilə