Çərşənbə axşamı, 09 May 2017 19:24

ağ turp

ağ turp

Sağlamlıq üçün vacib olan bir çox maddələri özündə ehtiva edən tərəvəzlərdən biri də ağ turpdur.

 

Axar.az xəbər verir ki, ağ turpun tərkibində B qrupu, C, E, PP vitaminləri, kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s. kimi mikroelementlər, aminturşular, fermentlər, qidalı liflər və s. faydalı maddələr var. Bu tərəvəzin faydaları haqda məlumatı təqdim edirik:

 

- Ağ turp fitonsidlərlə zəngindir. Fitonsidlər immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır. Soyuq fəsillərdə hər gün 1-2 tikə turp yeyin. Bu sizə soyuqdəymənin qarşısını almağa kömək edəcək.

 

- Turpun güclü iltihab əleyhinə xüsusiyyətləri var. Soyuqdəymə, qrip, öskürək zamanı turp sağalmanı tezləşdirir. Öskürək və bronxit zamanı belə təbii dərman hazırlayın: axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə alınmış şirəni için. Bu çox məşhur və sınanmış reseptdir.

 

- Ağ turp ürək və damarlar üçün çox faydalıdır. Ağ turpun tərkibində olan kalium orqanizmdən artıq mayeni xaric edir ki, bu da ürəyin və damarların sağlamlığını qoruyur, arterial təzyiqi aşağı salır. Turp orqanizmdən pis xolesteronu xaric edir ki, bu, ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbi olan aterosklerozun qarşısını alır.

 

- Turp qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların normal fəlaiyyəti, qəbizliyin profilaktikası üçün çox vacibdir. Lakin mədə-bağırsaq sisteminin ciddi pozulmaları zamanı (xora xəstəliyi, qastrit, bağırsaq iltihabları) turpu qəbul etmək tövsiyə edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən çox istifadə etməməlidir.

 

- Sidikqovucu təsiri olan turp sidik kisəsini və sidik yollarını yaxşı təmizləyir, iltihabla mübarizə aparır.

 

- Turp ödqovucu təsirə malikdir. Öd kisəsində durğunluq proseslərini azaldır, öd daşı xəstəliyinin əla profilaktikasıdır.

Şərh yaz


Məxfi kod
Yenilə