Çərşənbə axşamı, 09 May 2017 19:21

Qan dövranını sürətləndirən qidalar

Qan dövranını sürətləndirən qidalar

İspanaq: İspanaqda bol miqdarda olan xlorofil, qanı və qaraciyəri təmizləyir, çirkli qanın və toksinlərin atılmasına köməkçi olur. Eyni zamanda zəngin bir C vitamini qaynağı olan ispanaq qan dövranı üçün möhtəşəm bir qidadır.

Xiyar: Antiinflamatuar təsirə sahib, C vitamini baxımından zəngin olan xiyar toksinlərin bədəndən atılmasına köməkçi olur. Ehtiva etdiyi su və lif ilə qan dövranını artırır.

 

Qırmızı bibər: Yaxşı bir C vitamini qaynağı olan qırmızı bibər, gündəlik C vitamini ehtiyacınızı qarşılayar. Antioksidant təsirə malikdir və bədənin su ehtiyacını da dəstəkləyir. Beləcə qan dövranını sürətləndirir.

Qoz: Qan dövranı üçün ən lazımlı qidalardan biri qozdur. O, daşıdığı xüsusi antioksidantlar və omeqa 3 sayəsində qan axınını sürәtlәndirir.

 

Yulaf: Bədəndəki xolesterol səviyyəsini azaldan yulaf, eyni zamanda antiinflamatuar təsirə malikdir. Qan dövranınızın sürətləndirmək üçün səhərlər bir kasa yulaf yeyin.

Sitrus meyvələri: Limon, portağal, naringi, qreypfrut. Hər biri antiinflamatuar təsirə malikdir. Bədəni təmizləyən sitrus bitkiləri, toksinlərin atılmasına köməkçi olaraq qan dövranını sürətləndirir.

Şərh yaz


Məxfi kod
Yenilə