Cümə axşamı, 04 May 2017 17:53

Diqqət! Mineral suları stəkanla içməyin!

Diqqət! Mineral suları stəkanla içməyin!

Ekspertlər mineral sudan istədiyimiz faydanı əldə etmək üçün stəkanda içməyin əleyhinədirlər.

 

Dünya mətbuatına istinadən verdiyi xəbərə görə, mineral su bədəndəki maye tarazlığının təmin olunmasında da mühüm rol oynayır. Ancaq bütün bu faydaların təmin etməsi üçün mineral suyun stəkanda deyil, şüşə butulkasında istehlak edilməsini tövsiyə edirlər.

 

Belə ki, orqanizminiz gün ərzində hərəkətlə və ya müxtəlif səbəblərə görə, maye ilə mineral ifraz edir. İtirdiyinizi gündə ən azı 2 butulka mineral su içməklə bərpa edə bilərsiniz. Şüşəsində istehlak edilən mineral su qapağı açılanda hər hansı bir qabarcıqlaşma meydana gəlmir. Ancaq stəkana süzüləndə hədsiz köpüklənmə nəticəsində mineral sudakı qazın (Co2) uçmasına səbəb olur. Bunun səbəbi isə stəkanların kifayət qədər steril olmamasıdır.

 

Mütəxəssislər mineral suyun faydalı olması üçün tamamilə gigiyenik və ərzaq standartları əsasında xüsusi istehsal olunan şüşə butulkalarda istehlak edilməsini tövsiyə edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə