Bazar, 12 Dekabr 2021 12:34

Maska taxmağın məziyyəti

Maska taxmağın məziyyəti

Yeni bir araşdırma göstəribdir ki, maskadan istifadə, istifadə olunma tərzindən asılı olmayaraq, koronavirusun qarşısını almaq üçün sosial məsafədən daha yaxşı nəticə verir.

Tədqiqatçılar müəyyən ediblər ki, maska taxmaq bu xəstəliyə yoluxma təhlükəsini 225 dəfə azalda bilər, halbuki bir çoxları sırf olaraq, üçmetrlik məsafəyə riayət qanununa istinad edirlər.

Bu araşdırma göstərib ki, üçmetrlik məsafəyə riayət qanununa istinad təqdirində, COVID-ə yoluxma ehtimalı doxsan faizdir. Əgər hər iki nəfər “FFP2” tibbi dərəcəyə malik maskadan istifadə edərsə, virusötürmə riski yalnız sıfır tam onda dörd faiz olar. Bu araşdırmanı aparan mütəxəssislər vurğulayıblar ki, onların tapıntıları sosial məsafəni azəhəmiyyətli edir.

Maskadan istifadə demək olar ki, bütün dünya ölkələrində pandemiyanın müəyyən dövründə icbari olub, amma ziddiyyətli faktlara görə, hələ onların təsir gücü barədə bir söz deyilmir.

Alman və amerikan mütəxəssislərdən ibarət bir qrup tərəfindən aparılan sonuncu araşdırma bu nəticəyə gətirib çıxarıbdır ki, maska taxmaq, çox yüksək qoruma təqdim edir.

Mütəxəssislərin dediklərinə görə, əgər insanlar yoluxmuş şəxsin qarşısında beş dəqiqə dayanarlarsa və onların heç biri maska taxmazsa, hətta üçmetrlik məsafədə olsalar belə, COVID-ə doxsan faizlik yoluxma ehtimalı var.

 

Bu nəticə böyük bir araşdırmadan sonra əldə olunub və göstəribdir ki, maskadan geniş miqyasda istifadə, infeksiya səviyyəsini əlli faizədək, yəni sırf sosial məsafə miqdarından iki dəfə çox azalda bilər.

Şərh yaz


Məxfi kod
Yenilə