Razi vaksini uşaqlar üçün ən münasib vaksin kimi ikinci yeri qazanıb.
İRİB-nin məlumatına əsasən,Razi vaksin və seromqayırma araşdırma institutunun direktoru Əli İshaqi belə deyib: Uşaqlar üçün ən yaxşı vaksin, minimum antigenə malik olan və onların bədənlərində təhlükəsizlik sistemini aktivləşdirə bilən vaksindir.
Hazırda dünyada bir korona vaksini vardır ki, onun anti-gen miqdarı bir dozada beş mikroqramdır. Ondan sonra bir dozada on mikroqram anti-gen olan Razi vaksinidir. Bu vaksin uşaqlar üçün ən münasib ikinci yeri qazanıb.
“Razi Kovo-Pars” vaksini koronaya qarşı ikinci İran peyvəndidir.
“Razi Kovo-Pars” vaksinini Razi vaksin və seromqayırma araşdırma institutu Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərinə uyğun olaraq, istehsal edib.