Bazar ertəsi, 29 Noyabr 2021 12:40

Omicron-un Simptomları mülayimdir; Xəstəxana müalicəsinə ehtiyac yoxdur

Omicron-un Simptomları mülayimdir; Xəstəxana müalicəsinə ehtiyac yoxdur

Koronavirusun yeni variantına yoluxan xəstələrdə ən çox rast gəlinən klinik şikayəti bir və ya iki gün ərzində baş ağrısı və bədən ağrıları ilə şiddətli yorğunluqdur.

Özüdə yeni ştamma yoluxmada şübhəli bilinən Cənubi Afrikada bir həkim ictimaiyyəti panikaya düşməməyə çağırıb, çünki indiyədək simptomlar mülayimdir və xəstəxana müalicəsinə ehtiyac yoxdur.

Şəxsi həkim, eyni zamanda Cənubi Afrika Tibb Assosiasiyasının idarə heyətinin sədri Doktor "Angelique Coetzee" Röyters-ə verdiyi müsahibədə deyib: "Noyabrın 18-də klinikamda Delta-dan fərqli simptomları olan yeddi xəstə gördüm, lakin onların simptomları daha yüngül idi".

O, deyib: "Yeni varianta yoluxan xəstələr indiyə qədər heç bir ciddi simptomlar və ya xəstəxana müalicəsinə ehtiyac göstərməmişlər və ev baxımı ilə yaxşılaşırlar".

Yoluxucu xəstəliklər üzrə mütəxəssis deyir ki, yüngül simptomlar yaxşı xəbər olsa da, yeni variant haqqında çox şey məlum olmadığı üçün həkimlər ehtiyatlı olmalıdırlar.

Şərh yaz


Məxfi kod
Yenilə