Şənbə, 20 Noyabr 2021 11:42

“Qəhrəman”, “Oslo” festivalının ən yaxşı filmi olub

“Qəhrəman”, “Oslo” festivalının ən yaxşı filmi olub

İranlı kinematoqraf və rejissor Əsgər Fərhadinin çəkdiyi “Qəhrəman” filmi Norveçdə keçirilən otuz birinci Cənubi Oslo Film Festivalında ən yaxşı film mükafatını alıb.

31-ci Cənubi Oslo Film Festivalı öz qaliblərinin siyahısını elan edib və Əsgər Fərhadinin “Qəhrəman” filmi festivalın ən yaxşı filmi kimi “Gümüş Güzgü” mükafatına layiq görülüb.

“Qəhrəman” filmi Behtaş Sanaiha və Məryəm Müqəddəmin birgə çəkdikləri “Ağ inək qəsidəsi” filmi ilə yanaşı, bu kino tədbirinin əsas müsabiqə bölməsində İran kinosunu təmsil ediblər.

Rejissorlar Pənah Pənahinin “Torpaq yol” və Abbas Kiarüstəminin “Close-Up” filmləri noyabrın 11-dən 21-dək Norveçdə keçirilən Cənubi Oslo Film Festivalında iştirak edən digər İran filmləridirlər.

 

Şərh yaz


Məxfi kod
Yenilə