Şənbə, 20 Noyabr 2021 11:41

İranın iki filmi «Dəhuk» beynəlxalq film festivalında

İranın iki filmi «Dəhuk» beynəlxalq film festivalında

İranın «Qəhrəman» bədii filmi və «Müqəddəs çörək» sənədli filmi İraqın Kürdüstan bölgəsində keçirilən səkkizinci «Dəhuk» beynəlxalq film festivalında nümayiş olunacaqlar.

ən yaxşı xarici film üzrə iki Oskar mükafatı, Berlin Beynəlxalq Film Festivalının «Qızıl ayı» mükafatı və Fransada keçirilən Kann Beynəlxalq Film Festivalının böyük mükafatının laureatı olan rejissor Əsğər Fərhadinin «Qəhrəman» bədii filmi özünün ən yeni beynəlxalq ekranında İraqın Kürdüstan bölgəsinin Dəhuk şəhərində yerləşən «Dəhuk Mall» kino mərkəzində, həmçinin Dəhuk Universitetinin akt zalında keçirilən səkkizinci «Dəhuk» beynəlxalq film festivalının «Dünya kinosunun perspektivi» bölməsində nümayiş etdiriləcək.

Həmçinin mərhum iranlı rejissor Rəhim Zəbihinin çəkdiyi «Müqəddəs çörək» adlı sənədli filmi səkkizinci «Dəhuk» beynəlxalq film festivalının «kürd kinosu» adlı rəqabət bölməsində nümayiş olunacaq.

Şərh yaz


Məxfi kod
Yenilə