İran qida və dərman təşkilatının sədri bildirib ki, ölkənin əczaçılıq sənayesi nano sahəsində uğurlu olub
Bəhram Darayi ölkədə əczaçılıq ixtisası üzrə tələbələrin 23-cü konfransında qeyd edib ki, İranın əczaçılıq sənayesi nano və nanobiologiya sahələrində bir çox uğurlar qazanıb və dünyada deməyə sözü var.
İran qida və dərman təşkilatının sədri sonra belə söyləyib: Əgər ölkənin əczaçılıq sənayesinin inkişafında malik olduğumuz sürəti qoruya bilsək, daha yaxşı imkanlar yaranacaqdır.
Darayi həmçinin deyib ki, sürətləndiricilər və startap fəaliyyətlərinin genişləndirilməsi ölkəni hədəfə çatdıra biləcək birbaşa yollardır.