Bazar ertəsi, 08 Noyabr 2021 18:25

Çinli astronavtlar kosmos gəzintisi etdilər

Çinli astronavtlar kosmos gəzintisi etdilər

Çinli astronavtlar Çinin kosmik stansiyasından kənarda kosmik yürüş həyata keçiriblər.

"South China Morning Post" qəzeti bu haqda yazıb: "Çinli astronavtlar Çinin "Tianqonq" kosmik stansiyasının xaricində kosmos gəzintisini tamamlayıblar".

Məlumata görə, Vanq Yapinq bu kosmik gəzintini həyata keçiriən ilk çinli qadın astronavtdır. Yapinqdən sonra Çinin kosmik stansiyasının başqa bir sakini də kosmosda gəzintiyə çıxıb.

Dünyanın iqtisadi nəhəngi olaraq, əvvəllər kosmos missiyaları və kəşfiyyatı sahəsində  ABŞ, Rusiya və ya Avropadan geridə qalan Çin hazırda iddialı bir kosmik proqram həyata keçirir. Çin həmin kosmik proqram çərçivəsində Ay və Marsa zond göndərə və özünə məxsus "GPS" (Qlobal Mövqetəyinetmə Sistemi) sistemini işə sala bilibdir.

Şərh yaz


Məxfi kod
Yenilə