Çərşənbə, 13 Sentyabr 2017 20:37

Beynəlxalq Sənaye Sərgisi Bakıda işə başladı

Beynəlxalq Sənaye Sərgisi Bakıda işə başladı

İran İslam Respublikasından 20 şirkətin qatıldığı beynəlxalq sənaye sərgisi bu gün Bakıda işə başlayıb.

İRİB-nin verdiyi məlumata görə, 10 ölkənin o cümlədən İran İslam Respublikasının iştirak etdiyi bu sərgi 2000 kvadrat metrlik bir ərazidə keçirilir. Ümumilikdə 52 pavilyondan ibarət olan sərgidə müxtəlif ölkələrdən gəlmiş şirkətlər neft və qaz, kimya, tikinti, avtomobilqayırma, kənd təsərrüfatı və yarım ağır sənaye sahələri üzrə öz məhsullarını nümayiş etdirirlər. Sərgi 3 gün davam edəcək.

İran İslam Respublikası bu sərgidə 20 şirkət ilə iştirak edir. Fars Körfəzi Neftkimya holdinqi, İran Xodro avtomobilqayırma şirkəti, neft və qaz sənaye təchizatları istehsalçıları və digər sənaye sahələrində fəaliyyət göstərən İran şirkətləri ümumilikdə 600 kvadrat metrlik bir ərazidə öz məhsullarını nümayiş etdirirlər.

Media

Şərh yaz


Məxfi kod
Yenilə