Çərşənbə, 10 May 2017 17:47

Azərbaycanda yaşayan iranlıların səsverməsi üçün şərait yaradılıb

Azərbaycanda yaşayan iranlıların səsverməsi üçün şərait yaradılıb

Azərbaycan Respublikasında yaşayan iranlıların 12-ci İran İslam Respublikası prezident seçkilərində səsverməsi üçün bütün şərait yaradılıb.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə deyib: İran Xarici İşlər Nazirliyinin göstərişi və Azərbaycan Respublikasında yaşayan iranlıların səsverməsi üçün lazımi şəraitin yaradılması məqsədilə İran İslam Respublikasının Bakıdakı səfirliyinin iki nömrəli binasında (İran İslam Respublikasının Bakıdakı konsulluq binası) səsvermə məntəqəsi olacaq.

Cahangirzadə əlavə edib: Səsvermə bülletenləri Tehrandan gətirilib və Nəzarət Heyəti və seçkiyə icra heyətinin üzvləri də müəyyənləşib.

Bakıda IV İslam Ölkələri Həmrəyliyi Oyunlarında İran idmançıları və idman heyətlərinin iştirakına, Bakıda yaşayan iranlılar, təhsil alan tələbələr və ticarət, ticarət fəaliyyətləri və yaxud səyahət məqsədilə Azərbaycanda olan iranlıların iştirakına toxunan Cahangirzadə əlavə edib: Proqnoz olunur ki, Azərbaycanda yaşayan iranlıların səs verməsi üçün nəzərdə tutulan məntəqədə min iranlı səs verəcək.

İranın Azərbaycandakı səfiri həmçinin nəzərdə tutulan səsvermə məntəqəsində Azərbaycan rəsmiləri ilə koordinasiya ilə təhlükəsizlik tədbirlərinin görüldüyünü deyib: Azərbaycanda yaşayan iranlılar üçün yaxşı seçkilər keçirməyə hazırıq.

Media

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob