İran İslam Respublikası ordusunun hava qoşunlarının komandanları və işçi kadrından ibarət bir qrup 1979-cu il 8 fevral hava qoşunları komandanlarının İran İslam Respublikasının banisi həzrət İmam Xomeyni(r.ə) ilə tarixi görüşünün ildönümü günündə islam inqilabının böyük rəhbəri və Silahlı Qüvvələri Ali Baş Komandanı ilə görüşüb.

1979-cu il fevralın 8-də Tehranın Ələvi dini mədrəsəsində ordunun hava qoşunlarının komandanlarından ibarət bir qrup hərbçi, İmam Xomeyni(r.ə) ilə görüşərək o həzrətə tabe olduğunu rəsmən elan etdi. 

İİR ordusunun hava qoşunlarının komandanlarının islam inqilabının böyük rəhbəri ilə görüşü barədə xəbəri aşağıdakı lingdə oxuyabilərsiniz:

http://aztabriz.irib.ir/xeberler/iran/item/54399-islam-inqilab%C4%B1n%C4%B1n-b%C3%B6y%C3%BCk-r%C9%99hb%C9%99ri-bu-il-22-b%C9%99hm%C9%99n-g%C3%B6rm%C9%99li-olacaq

İRİB-xarici verilişlər redaksiyas Təbriz Radiosu hecri şəmsi tarixi ilə 1396-cı ilin mehr ayı,hicri qəməri ili məhərrəm ayında "BİRİNCİ BEYNƏLXALQ ƏRBƏYİN FESTİVALINI" təşkil etdi."Şeir","Ədəbi padcast","Dini Nəğmələr"dən ibarət olan 3 bölümdə və "Seyyidüşşühədanın Ərbəyini","Ərbəyin Ziyarıti","Ərbəyin Yürüşü" və "Kərbəla Diyarı" mövzularına şamil 4 mövzu üzrə gözə çarpacaq sayıda əsərlər festivalın katibliyinə göndərildi.

Festivalın ilkin seçim heyəti  final mərhədə iştirak üçün Azərbaycan Respublikası,Türkiyə,İran İslam Respublikası və bəzi Avropa ölkələrindən göndərilən təqribən 300 əsərdən 10%-ı seçdi.

İlkin seçim heyətinin üzvləri,Məcid Abdullahzadə,Mehdi Nəlbəndi,Əbülfəzl Əlayi,Mehrdad Kərbasi və Şəhriyar Şəfiyidən ibarət olmuşdur.Heyət 4 fevral 2018 tarixində işinə son qoyduqdan bir gün sonra yəni 5 fevral 2018 tarixində final mərhələnin yüri heyətinin də üzvələri müəyyən oldu:

Şeir Bölümündə:

İbrahim İqbali

Mustafa Qulizadə Əlyar

Rəsul İsamayılov

Tərlan Quliyev

Rdiao Padcast Bölümündə:

Məcid Abdullahzadə

Əhməd Cansız

Seyyid Səyid Təhami

Mehdi Nəlbəndi

Dini Nəğmələr Bölümündə:

Mehrdad Kərbasi

Şahrüx Pənahifərd

Qair Rudəkiyan

Elşən Xəzər.

Festivalın bağlanış mərsiminin vaxtı sonradan müəyyən və elan ediləcək.

Birinci Beynəlxalq Ərbəyin Festivalının Teleqram Kanalı:

@arbeyinfestival

İraqın Kərbəla şəhərindəki müqəddəs ziyarətgahlarda "Əyyami Fatimə" münasibətilə matəm məclisləri keçirilib.

 Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin Haşimi nəslinə mənsub olan və nəsillərdir xidmətçilik edən “Seyid xidmətçiləri” müqəddəs ziyarətgahda Əhli-Beyt (ə) sevdalısı olan minlərlə insanın iştirakı ilə əza məsclisi keçiriblər. Bu mərasim daha sonra Beynul Hərəmeyndən keçməklə İmam Hüseynin (ə) hərəmində davam etdirilib. Mərasimdə müqəddəs ziyarətgahların himayədarı Şeyx Əhməd Safi də iştirak edib.

 Seyid xidmətçilərinin Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadətini yad etmək məqsədilə keçirdiyi bir sıra ənənəvi tədbir var. Bunlardan biri də savabını Xanım Zəhranın (s.ə) ruhuna hədiyyə etmək üçün İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətçilərinə çay hədiyyə etməkdir.

 Ziyarətçilər də Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının yanında Xanım Zəhra (s.ə) üçün və onun nəvələrinin əlindən təqdim olunan bu hədiyyə üçün növbə gözləyir. Ehsan sadə bir ehsandır, ancaq ifadə etdiyi məna səbəbilə böyük diqqətə səbəb olub.

İraqın Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmində "Əyyami Fatimə" münasibətilə matəm məclisləri davam edir.

 İmamali saytı xəbər verir ki, səhər duası vaxtı keçirilən matəm mərasimi İmam Əlinin (ə) hərəminin qızılı qübbəsinin qarşısında baş tutub. Hərəmin xuddamları Həzrət Zəhranın (s.ə) müsibətli şəhadəti haqqında nohə və mərsiyələr oxuyublar və İmam Əliyə (ə) müsibətli matəm münasibətilə başsağlığı veriblər.

 Bundan başqa, günün müxtəlif vaxtlarında hərəmə gələn əzadarlıq heyyətləri də əza məclisləri təşkil edirlər, Əziz Rəsulallahın (s) şəhid qızı (s.ə.) üçün göz yaşı axıdırlar.

39 il öncə fevralın 1-də islam inqilabı hərəkatının rəhbəri həzrət imam Xomeyni(r.ə) uzun illər surgün həyatını yaşadıqdan sonra İran xalqının milyonluq qarşılama mərasimi ilə vətənə qayıtdı.

12 bəhmən 1357-ci günəş ilində (1 fevral 1979-cu il) şahın təyin etdiyi baş naziri hələlik İranda iqtidarı əlində saxlayırdı. Həmin gündə xalqın islam hərəkatının lideri Həzrət İmam Xomeyninin (rə) təyyarəsi Tehranın Mehrabad Beynəlxalq hava limanında yerə endi. 10 gün sonraya qədər yəni 22 bəhmənə qədər ordunun tərəfsizlik və xalqı dəstəkləməsini elan etməsi ilə zülmün hakimiyyətinə praktiki olaraq soyn qoyuldu. Bu isə İran xalqı üçün həlledici günlər idi. 

Elə bu münasibətlə bu günlər xalqın qəhrəmanlıq müqaviməti xatirəsinə Fəcr Ongünlüyü adlandırıldı və hər il bu günləri İran xalqı şənlik edir. 

Həzrəti Rəsuləllahın (s) qızı Xanım Fatimeyi Zəhranın (s.ə) müsibətli şəhadətinin birinci tarixinin ildönümü ərəfəsində İraqın Samirra şəhərindəki Əsgəreyn imamlarının (ə) mütəhhər hərəmində matəm hazırlıqlarına başlanılıb.

 

Deyerler.org Askarain-ə istinadən xəbər verir ki, qarşıdan gələn “Əyyami Fatimə” münasibətilə Əsgəreyn imamlarının hərəminə nəhəng matəm bayraqları yerləşdirilib.

 

Matəm münasibətilə hərəmə gələn zəvvarların sayının arta biləcəyi səbəbindən təhlükəsizlik tədbirləri də gücləndirib.

 

Çərşənbə axşamı, 16 Yanvar 2018 21:51

İnqilab Rəbəri ilə görüş

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün axşam İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransında iştirak edən qonaqları qəbul ediblər.

Əlaqədar xəbəri aşağıdakı lngdə oxuyabilərsiz:

http://aztabriz.irib.ir/xeberler/iran/item/53350-inqilab-r%C9%99hb%C9%99ri-f%C9%99l%C9%99stini-m%C3%BCdafi%C9%99-etm%C9%99k-ham%C4%B1n%C4%B1n-v%C9%99zif%C9%99sidir

Azərbaycan dindarlarındn ibarət bir qrup bu gün səhər çağı İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısına toplaşaraq islam inqilabının böyük rəhbərinə dəstək şüarları səsləndirib.

Tədbir haqqında videonu izləyin:

Əl-Məsirə televiziyası Yəmən ordusu və inqilabi xalq komitələri qüvvələrinin Səudiyyə rejiminə məxsus bir ədəd F15 döyüş təyyarəsinin vurduğunu göstərən videonu paylaşıb.

 Yəməndə minlərlə dinc vətəndaşın ölümü və on minlərlə uşağın yaralanmasına səbəb olan təcavüzkarlara aid bir F15 tipli döyüş təyyarəsi yanvarın 8-i Səna şəhərinin hava məkanında hədəfə alınmışdı.

Ancaq Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri qırıcısının texniki qəza səbəbilə düşdüyünü açıqlamışdı: “Təyyarədə olan 2 pilot sağdır. Quru və hava qüvvələrinin həyata keçirdiyi birgə xilas etmə əməliyyatı nəticəsində pilotlar hadisə yerindən təxliyə edilib”, - deyə koalisiya açıqlamasında qeyd etmişdi.

İslam İnqilabının Böyük Rəhbəri İrandakı son hadisələr barədə deyiblər: Düşmənin bu qırx ildə bizim qarşımızda etdiyi hərəkətlər İnqilaba qarşı hücumdur.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Qom əhalisindən minlərlə nəfərlə görüşdə belə qeyd ediblər: İnqilab, siyasi cəhətdən düşmənin kökünü ölkədən qopardı. Düşmən indi ardıcıl şəkildə əks-hücum edir və hər dəfə də məğlub olur; addım atır və xalqın müqavimətinə görə, işini görə bilmir.

İslam İnqilabının Böyük Rəhbəri xalqın İslam İnqilabını himayə istiqamətində son günlərdə bütün İranda keçirdiyi geniş yürüşlərinə toxunaraq, söyləyiblər: Bu dəfə də xalq var gücü ilə Amerikaya, İngiltərəyə və Londonda oturanlara deyir ki, bu dəfə də bacarmadınız, yenə də bacarmayacaqsınız.

Həzrət Ayətullahuluzma Xamenei əlavə edib: Düşmən fitnəsi qarşısındakı məqsəd, şövq, gözüaçıqlıq və sistemli şəkildə olan bu əzəmətli sıx xalq hərəkəti dünyanın heç bir yerində yoxdur və bu, qırx ildir ki, davam edir.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Xalqın xalqa qarşı çıxanlarla mübarizəsi, İranın İrana qarşı çıxanlarla mübarizəsi, İslamın İslama qarşı çıxanlarla mübarizəsi; bu, davam edib, əlbəttə, bundan sonra da olacaqdır.

Daha ətraflı:

http://aztabriz.irib.ir/xeberler/iran/item/52972-inqilab-r%C9%99hb%C9%99ri-amerika,-sionistl%C9%99r-v%C9%99-fars-k%C3%B6rf%C9%99zind%C9%99ki-bir-d%C3%B6vl%C9%99t-irandak%C4%B1-son-hadis%C9%99l%C9%99ri-t%C9%99%C5%9Fkil-edibl%C9%99r

Page 1 of 60