Çərşənbə, 02 Yanvar 2019 22:47

İran xalçası; ilmələr üzərində füsunkar rəsm əsəri

İran xalçası; ilmələr üzərində füsunkar rəsm əsəri

İran xalçası İranın əl işləri məhsulları arasında ən önəmli yeri tutur və rəng çeşidlərinə malikdir.

İran xalqçalarında 15-25 fərqli rəng mövcuddur və hər bir rəngin də öz mənası var. 

Xalçaların naxışları onları toxuyan insanların inanclar və emossiyalarını əks etdirir və əslində İran xalçalarının eskizləri yerli mədəniyyət, inanclar və coğrafi şəraitdən mənşə alır: Bütün bu naxışlar və eskizlər toxucuların yaradıcılığının məhsuludur. Eskizlərdə təbiət ünsürləri o sıradan gül, quşlar, heyvanlar ibarətdir və əsirlər öncəyə aid olan elementləri əks etdirir. 

 İran xalçası İran mədəniyyəti və sənətinin əsas təzahür yerlərindən biridir. Bəzi xalçalar kəndliləri gündəlik həyatını əks etdirir və bəziləri isə şahnamənin miflərini, bəzi xalçalarda da krallar və elit ailələrin şəcərənaməsinin şahidi oluruq. 

Şəriətmədari: Bəlkə də Xalça qədər İranın adını daşıyan başqa mal yoxdur və Xalça İran mədəniyyəti və sənətini özündə əks etdirir və İranın dünya ilə mədəni mübadiləsi vasitələrindən biri hesab olunur . 

Keyfiyyətli nəfis bir xalçanın hazırlanması üçün aşağıdakı özəlliklər lazımdır: 

Xalçanın naxışlarında fərqlilik

Ölçüdə fərqlilik

Dəyişməz təbii boyalardan istifadə

Xalçanın rənglərində harmoniya

1 zər ilmədə(112 cm) 12 rəc ilmə

Qoyunun yunu əhənglə ayrılmamalı; əslində qırxılmalıdır: Bütün boyalar bitki boyaları olmalıdır və bu xalçanın nəfisliyinini göstərir. 

İranın ən qədim əllə toxuma xalçası " Pazirik xalçası"dır. Bu xalça 1949-cu ildə Sibirin Pazirik bölgəsində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Paziriki ən qədim İran xalçasının nümunəsi hesab etsək İran xalçasının eradan 500 il öncəyə qədər keçmişi var, bu isə təxminən iki min illik tarix deməkdir. 

Bu gün dünyanın məşhur muzeylərində İran xalçaları saxlanılmaqdadır. İran xalçaları daha çox Amerika Birləşmiş Ştatlarına,Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri,Livan, Pakistan, İsveçrə, İtaliya, Kanada, Britaniya və Cənubi Afrikaya ixrac edilir. 

Şərh yaz


Məxfi kod
Yenilə