Çərşənbə, 28 Fevral 2018 13:40

Türkiyənin İzmir şəhərində İran kino həftəsi keçirilir

Türkiyənin İzmir şəhərində İran kino həftəsi keçirilir

Türkiyənin İzmir şəhərində "İran kino həftəsi" keçirilir. Bu tədbir İzmirin Dokuz Eylül Universitetinin incəsənət departamenti ilə İranın İstanbuldakı konsulluğunun mədəniyyət attaşeliyi tərəfindən birgə şəkildə keçirilir.

İRNA-nın məlumatına görə, "İran Kino Həftəsi"nin açılış mərasimində çoxlu sayda insan iştirak edib. 

Dokuz Eylül Univeristetinin incəsənət departamentinin kino bölməsinin rəisi Zühal Çətin Özkan bu mərasimdə çıxış edərək, deyib: İzmirdə İran kino həftəsinin keçirilməsi ilə İran kinosunun incilərini müşahidə etmək üçün gözəl fürsət yaranıb. 

Dokuz Eylül Universitetiin incəsənət departamentinin dekanı professor Mümtaz Sağlam da bu mərasimdə çıxış edərək, İranın qədim sivilizasiyaya malik bir ölkə olduğunu xatırladıb və deyib: bu sivilizasiya özünü İran ədəbiyyatı və incəsənətində nümayiş etdirir. 

İran İslam Respublikasının İstanbuldakı konsulluğunun mədəniyyət attaşesi də bu mərasimdə çıxış edərək, Dokuz Eylül Universitetinin rəhbərliyinə belə bir tədbirin keçirilməsindəki əməkdaşlıqlarına görə təşəkkür edib və deyib: İran kinosu 120 illik bir keçmişə  malikdir. 

Martın birinə kimi davam edəcək İran kino həftəsində 6 film ekran ediləcək. "Salxım Söyüd", "Balığın ölümü", Tehran Tehran", "Sərçələrin Nəğməsi", "Bir diş qənd" və "Superstar" filmləri İzmirdə ekran ediləcək filmlərdir. Bu filmlər türk dilində səsləndiriləcək və ya alt yazı ilə nümayiş etdiriləcəklər. 

Şərh yaz


Məxfi kod
Yenilə