Şənbə, 20 Yanvar 2018 16:22

Od vurub qəlbimə 20 Yanvar - ŞEİR

Od vurub qəlbimə 20 Yanvar - ŞEİR

İçimdə bir mərəz, xəstəliyim var

 

Od vurub qəlbimə İyirmi Yanvar

 

O qanlı günləri xatırlayanda

 

Yaş gəlir gözlərdən biixtiyar

 

 

Sovet rejiminin sifarişiylə

 

Qəddar Qorboçovun göstərişiylə

 

Yerli əhaliyə divan tutuldu

 

Avtomat, pulemyot atəşi ilə

 

 

Atəşə tuş gələn, qoçaqlar da var

 

Qadınlar, qocalar, uşaqlar da var.

 

Zirehli tankların çarxları altda

 

Kəsilmiş ayaqlar, əllər də var

 

 

Azadlığın yolunu seçən xalqımız

 

Şəhadət şərbətin içən xalqimiz

 

Əlyalın, silahsız düşmənə qarşı

 

Öz şirin canindan keçən xalqimiz.

 

 

Nəzər sal Vətənin torpaq, daşına

 

Nə çox müsibətlər gəlib başına

 

O keçən günləri unutmaq olmaz

 

Tarixin həkk olub qan yaddaşina.

 

 

 

Rəşad Həsənli,

“Dəyərlər”in oxucusu

Şərh yaz


Məxfi kod
Yenilə