Şənbə, 02 Dekabr 2017 00:24

Hz. Məhəmməd (s) haqqinda Haci Maildən bir qəzəl

Hz. Məhəmməd (s) haqqinda Haci Maildən bir qəzəl

Hz. Məhəmməd (s) haqqinda Haci Maildən bir qəzəl

 

Ya Məhəmməd, ya nəbi, ey bir adı Xeyrülbəşər,

 Olmasaydın derk qılmazdı şərü xeyrin bəşər.

 

Ey Salan heyrətlərə elmi, cahan alimlerin,

Baxma ki, elminden onlar agah olmuş müxtəsər.

 

Ol ki arifdir, bilir yetmez sene heç bir nebi

Ol ki cahildir, seni derk etmeyib, cehl eyleyer

 

Ol ki fazildir, biler mümkün deyil fezlinde behs

Ol ki qafildir, həsudindən sənə qılmaz nəzər.

 

Ol ki dostundur, nəbilikdə sənə iradı yox,

Ol ki düşmendir, senin haqqında söylər küfrlər.

 

Ol ki qabildir, senin ecazına inkarı yox,

Ol ki naqisdir, ona yeqin deyil «Şeqqül-qəmər»

 

Ya nəbi! Rehm et bu Mail ebdinə məhşer günü,

Olmasın ügbade əhvalı bu dünyadən beter.

Şərh yaz


Məxfi kod
Yenilə