Sənət-kültür

Sənət-kültür (88)

Firdovsinin «Şahnamə» kitabının azəri dilinə tərcüməsinin birinci cildi doqquz yüz səhifədə Bakı şəhərində yenidən çap edilib.

 Azərbaycan Respublikasının məşhur şərqşünaslarından olan mərhum professor Əlizadə tərəfindən otuz il müddətinə nəzm dili ilə azəri dilinə çevrilən bu kitab ilk dəfə 2005-ci ildə İran İslam Respublikasının Bakıdakı mədəniyyət mərkəzi tərəfindən nəşr olunmuşdu.

Firdovsinin «Şahnamə» kitabının azəri dilinə tərcüməsinin tükənməsinə və Azərbaycan Respublikasının universitetləri və elmi mərkəzlərində bu zəngin ədəbi mənbəyə ehtiyacın olmasına görə, onun yenidən çap edilməsi barədə qərar çıxarılıbdır.

Kitab yerli «Nurlar» nəşriyyatı tərəfindən beş yüz nüsxədə bir daha nəşr edilib.

Bu çox dəyərli əsər Azərbaycan Respublikasın şairlər cəmiyyətinin sədri və fars dilinin görkəmli ustadlarından olan professor Şahin Fazil tərəfindən redaktə edilibdir.

İranlı rejissor Mona Zendi Həqiqinin idarə etdiyi "Afrika bənövşəsi" adlı film Amerikanın Atlanta film festivalı tərəfindən qəbul edildi.

 Mona Zendi Həqiqinin rejissorluq  etdiyi və keçən il İranda ekran edilən "Afrika bənövşəsi" adlı film Amerikanın Atlanta film festivalı tərəfindən qəbul edildi.

Atlanta film festivalı Amerikanın ən mötəbər film festivallarından biridir. Bu festival “Oscar” akademiyasının təsdiqli beynəlxalq film festivallarından biri sayılar.

 45. Beynəlxalq Atlanta film festivalı bu il 22 Aprel - 2 May tarixləri arasında təşkil edilir.

 "Afrika bənövşəsi" adlı əsər bundan əvvəl də Amerikanın Boston, Huston, Teksas, San Luis və Finix kimi əhəmiyyətli film festivallarına qatılmışdı.

İranlı aktrisa Linda Kiyani Yeni Dehli Beynəlxalq Film Festivalında ən yaxşı köməkçi aktrisa mükafatına layiq görülüb.

SəhərAzəri xəbər verir ki, Linda Kiyani bu mükafatı, Sadiq Sadiq Dəqiqinin çəkdiyi "Ölü yiyən" filmindəki Ətiyyə roluna görə, qazanıb. 

Kiyanı bundan əvvək Yas Film Festivalında "Kölgə" və "İki Gecə Üç Gün" filmləri üçün ən yaxşı aktrisa mükafatını qazanıb, həmçinin  ABŞ-ın San Fransisko şəhərində keçirilən 12-ci  İran Filmləri  Festivalında qısametrajlı "Sürücülük Sınıfı" filmi üçün də ən yaxşı aktrisa mükafatına layiq görülüb.

Yeni Dehli Beynəlxalq Film Festivalı cari ildə martın 21-dən 28-dək Hindistanın paytaxtında keçirilib.  

 

Təbriz Radiosu --İranın "Heydər Baba İncəsənət Qalereyası" adlanan ən böyük müasir muzeyi Təbriz Şairlərində və Şüəra məqbərəsi abidəsinin ətrafındakı sahədə yerləşir.

 İranın Təbrizdəki ən böyük müasir muzeyində 25 müasir əsər, 14 kompozisiya, həmçinin Azərbaycan diyarının folkloruna aid ustad Əhəd Hüseyninin əsərləri yer alıb.

 Eramızdan əvvəl birinci minilliyə aid saxsı ritonlar, turizm əşyaları, bəzi dünya şöhrətli şəxsiyyətlər, cahannuma camı, elm və bilik mövzuları, aclıq və yoxsulluq, Azərbaycan diyarının milli şəxsiyyətləri və ədəbiyyatının molaj və ya qəlibləri İranın Təbrizdəki ən böyük müasir muzeyində nümayiş etdirilib.

 İranın ən böyük müasir muzeyi, Təbriz şəhərinin yeni turistik cazibələrindən sayılır və digər tarixi və mədəni cazibədarlıqlarla yanaşı Şərqi Azərbaycan vilayətinin misilsiz turizm potensialını daha da artırıb.

Çərşənbə, 31 Mart 2021 18:47

Rusiyada Həkim Nizami Gəncəvi anılıb

Yazan

Təbriz Radiosu --Moskvada həkim Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Farsdilli poeziyaların ən böyük hekayəçisinin anılması" adlı muzey-sərgi açılıb.

Həkim Nizami Gəncəvi Fars ədəbiyyatının ən tanınmış şairlərindəndir ki, altıncı hicri əsrində yaşayırdı. Hansı ki, farsdilli poeziyaların müəllifi olmaqla yanaşı hikmət fənnləri, əqli və nəqli elmləri, fiqh, riyaziyyat və musiqi elmlərini də mükəmməl şəkildə bilirdi. 

Saratov muzeyinin eksperti Yelena Maslova deyir: 

M.M: Nizaminin yazıları və şeirlərinin rus ədəbiyyatına dərin iz buraxıb.

Bu sərgidə Nizamidən yadigar qalmış ən qədim əşyalar, hənsi ki, Ermitaj Muzeyi, Puşkin, Saratov Arxanelski, Mərcani fondu və Radişev Muzeyində saxlanılırdı, iki ay müddətinə yəni may ayının sonunadək Fars mədəniyyəti və ədəbiyyatı ilə maraqlananlara nümayiş etdiriləcək.

Nizaminin tanınmış kitablarının, o cümlədən Nizaminin Xəmsəsi və ya Beş Xəzinəsi, Sirlər Xəzinəsi, Leyli və Məcnun, Yeddi Gözəl və İsgəndərnamənin ən qədim nüsxələri ilə yanaşı İranın onlarla mədəni və bədii əsərləri, o cümlədən qədim əldə toxunma xalçaları, rəsm əsərləri, miniatürlər və qədim saxsı əşyaları nümayiş etdirilib.

Radişev Muzeyinin mütəxəssisi Tatiana Metaksa İRİB ilə müsahibədə deyib: 

M.Q: bu sərgi əslində İran incəsənəti və ədəbiyyatının bir hissəsinin nümayişidir.

Həkim Nizami Gəncəvinin dəyərli əsərləri və ədəbi şah əsərləri mədəni təməllərin möhkəmlənməsində və onun bütün dünyada genişləndirilməsində əvəzsiz rol ifa edib.

Həkim Nizami Gəncəvi Fars ədəbiyyatının ən tanınmış şairlərindəndir ki, altıncı hicri əsrində yaşayırdı. Hansı ki, farsdilli poeziyaların müəllifi olmaqla yanaşı hikmət fənnləri, əqli və nəqli elmləri, fiqh, riyaziyyat və musiqi elmlərini də mükəmməl şəkildə bilirdi. 

Saratov muzeyinin eksperti Yelena Maslova deyir: 

M.M: Nizaminin yazıları və şeirlərinin rus ədəbiyyatına dərin iz buraxıb.

Bu sərgidə Nizamidən yadigar qalmış ən qədim əşyalar, hənsi ki, Ermitaj Muzeyi, Puşkin, Saratov Arxanelski, Mərcani fondu və Radişev Muzeyində saxlanılırdı, iki ay müddətinə yəni may ayının sonunadək Fars mədəniyyəti və ədəbiyyatı ilə maraqlananlara nümayiş etdiriləcək.

Nizaminin tanınmış kitablarının, o cümlədən Nizaminin Xəmsəsi və ya Beş Xəzinəsi, Sirlər Xəzinəsi, Leyli və Məcnun, Yeddi Gözəl və İsgəndərnamənin ən qədim nüsxələri ilə yanaşı İranın onlarla mədəni və bədii əsərləri, o cümlədən qədim əldə toxunma xalçaları, rəsm əsərləri, miniatürlər və qədim saxsı əşyaları nümayiş etdirilib.

Radişev Muzeyinin mütəxəssisi Tatiana Metaksa İRİB ilə müsahibədə deyib: 

M.Q: bu sərgi əslində İran incəsənəti və ədəbiyyatının bir hissəsinin nümayişidir.

Həkim Nizami Gəncəvinin dəyərli əsərləri və ədəbi şah əsərləri mədəni təməllərin möhkəmlənməsində və onun bütün dünyada genişləndirilməsində əvəzsiz rol ifa edib.

İranın qısa metrajlı "Tənəffüs zəngi" filmi Amerikanın 18-ci Oksford Beynəlxalq Film Festivalında ən yaxşı qısa metrajlı bədii film mükafatına layiq görülüb.

Təbriz Radiosu xəbər verir ki, Amerikanın 18-ci Oksford Beynəlxalq Film Festivalı bazar ertəsi günü qaliblərin təqdimatı ilə öz işinə yekun vurub.

Nəvid Nikxah Azadın çəkdiyi qısa metrajlı "Tənəffüs zəngi" filmi ABŞ-da ilk ekranında 18-ci Oksford Beynəlxalq Film Festivalının müsabiqə bölməsində, Ən Yaxşı Qısa Bədii Film Mükafatını qazanıb.

"Tənəffüs zəngi" filmi ilk beynəlxalq nümayişində Kanadanın 33-cü "Living Skies" Tələbə Festivalında ən yaxşı aktyor mükafatına layiq görülüb, həmçinin bu yaxınlarda Çilidə keçirilən 21-ci Beynəlxalq "CineLebu" Festivalında nümayiş etdirilib.

18-ci Oksford Beynəlxalq Film Festivalı martın 24-dən 28-dək əyani şəkildə keçirilib.

 

İranda hazırlanan ən əhatəli "Azərbaycan türkcəsi Lüğəti" kitabının təqdimatı bu gün yerli vaxtla 13: 00-da keçirilib.

"Skyroom" platformasında veb seminar formatında keçirilən təqdimat mərasiminə Prof. Dr. Hüseyn Məhəmmədzadə Sədiq, Dr. Seyfəddin Altaylı, Dr. Möhsin Tağı Soylu, Dr. Bəhruz Beyk Babayi və Dr. Mehdi Mirzə Rəsulzadə qatılıblar.   

Onlayn formatda keçirilən proqram 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə bütün qonaqlar üçün açıq olacaq. 

Cümə axşamı, 11 Fevral 2021 10:18

39-cu Fəjr Film Festivalı qaliblərinin təqdimatı olub

Yazan

39-cu Fəjr Film Festivalı qaliblərinin təqdimatı olub.

SəhərAzəri xəbər verir, Fəcr Film Festivalının bağlanış mərasimi fevralın onunda axşamçağı Tehranda keçirildi. Lakin bu il festivalın özü kimi, bağlanış mərasimi də koronavirus pandemiyasına görə, xüsusi protokollara riayətlə keçirildi.

 Mərasimin davamında qaliblərə mükafatlar verildi.

 Ən yaxşı qısametrajlı film bölməsində rejissor Məryəm Esmixaninin "Təcili vəziyyət" filmi “Büllur Simurq quşu” qazandı.

 Ən yaxşı sənədli film mükafatı da "53-cü il çevrilişi" filminə görə Təqi Əmiraniyə verildi.

 Meydan üzrə xüsusi effektlər bölməsinin “Simurq quşu” mükafatı “Snayper” filminə görə, İman Kərimiyana təqdim oldu.

 Hamed Sabet «Heç nəsiz» filminə görə, ən yaxşı mətn musiqisi üzrə “Büllur Simurq quşu” mükafatını aldı.

 Birinci kişi rolu üzrə ən yaxşı aktyor kimi Reza Əttaran “Büllur Simurq quşu” mükafatına layiq görüldü.

 Xanım Setare Pesyani isə «Yedu» filminə görə, birinci qadın rolu üzrə ən yaxşı qadın aktyoru kimi fəxri diplomla təltif edildi.

Çərşənbə, 10 Fevral 2021 16:05

"Təbriz İslam İnqilabında" kitabı çapdan çıxıb

Yazan

«Foto və sənədlərin dili ilə Təbriz İslam İnqilabında» kitabı çapdan çıxıb

«Foto və sənədlərin dili ilə Təbriz İslam İnqilabında» kitabı Seyyed Mohəmməd Məsudun ciddi-cəhdi ilə 248 səhifədə tərtib edilib və «Sureh Mehr» nəşriyyatı tərəfindən nəşr olunub.

Şənbə, 30 Yanvar 2021 18:37

İranın iki sənədli filmi Oskar ala bilər

Yazan

İranın "Çevriliş 53" və "Təhlükə altında yaşamaq hünəri" adlı iki sənədli filmi ən yaxşı sənədli film nominasiyası üzrə 93-cü Oskar mükafatına layiq Oskar akademiyasının rəsmi vebsaytının məlumatına görə, İran kinosindan "Təqi Əmirani"nin çəkdiyi "Çevriliş 53" və Mina Keşavərzin çəkdiyi "Təhlükə altında yaşamaq hünəri" sənədli filimləri ən yaxşı sənədli film nominasiyası üzrə Oskar mükafatı uğrunda yarışmaq üçün layiq görülüblər.

119 dəqiqəlik "Çevriliş 53" sənədli filmi Dr Müsəddiqin milli hökumətinin devrilməsi ilə nəticələnən 19 avqust 1953-cü ildəki çevrilişin qaranlıq məqamlarını şərh etməyə çalışır; İngiltərə və ABŞ-ın ortaq və təsirli rolunu vurğulayan pərdə arxasındakı əlləri.

"Təhlükə altında yaşamaq hünəri" də İran və Almaniyanın birgə məhsuludur ki, məişət zorakılığından bəhs edir. Bu film bir müddət əvvəl Busan Beynəlxalq Film Festivalının ən yaxşı sənədli film mükafatını qazanıb.

93-cü Oskar mükafatı uğrunda yarışacaq namizədlərin yekun siyahısı martın 15-də açıqlanacaq.

 

Page 1 of 7